Yeni iPhone 11 modellərinin təqdimatından sonra istehsalçı "Apple" şirkətinin səhmləri 2,5% bahalaşıb.
FED.az xəbər verir ki, "Apple" səhminin qiyməti 2,53% bahalaşaraq 216.70 dollara qalxıb (Bakı vaxtı ilə saat 12:50-yə olan məlumat). Şirkətin bazar dəyəri isə 958 milyard 551 milyon dollara yüksəlib.
Eləcə də bax: "Apple"ın notbuklarına məhdudiyyətlər artır
"Apple" yeni Yeni iPhone 11 modellərinin qiymətlərini gözləniləndən aşağı açıqlayıb. Qiymətlərin 1000 dollardan başlayacağının açıqlanacağı gözlənilsə də minimum qiymətin 699 dollar olduğu bəyan edilib.
İphone 11 qiymətləri
64 GB iPhone 11 - 699 dollar
128 GB iPhone 11 - 749 dollar
256 GB iPhone 11 - 849 dollar
iPhone11 Pro qiymətləri
64 GB iPhone 11 Pro - 999 dollar
256 GB iPhone 11 Pro - 1149 dollar
512 GB iPhone 11 Pro - 1349 dollar
iPhone 11 Pro Max qiymətləri
64 GB iPhone 11 Pro Max 1099 dollar
256 GB iPhone 11 Pro Max1249 dollar
512 GB iPhone 11 Pro Max 1449 dollar
Marja