Texnologiya nəhəngi Apple, xüsusilə də koronavirusun yayılmasından sonra bir çox mağazanı məcbur bağlamalı oldu.
Eləcə də bax: "Apple" "iPhon"ları ödəniş terminalına çevirəcək - 100 MİLYON DOLAR ÖDƏDİ
FED.az xəbər verir ki, epidemiyanın azaldığı bölgələrdəki mağazalarını yenidən açan şirkət, İngiltərədəki mağazalarının sahiblərindən icarə güzəştləri tələb edir.
Apple icarə güzəştini tələb etməklə xərcləri azaltmağa çalışsa da, bu epidemiya prosesində ən gəlirli şirkətlərdən biridir. Apple-ın İngiltərədəki 38 pərakəndə mağazası var. Şirkət bu mağazaları bağlamasına baxmayaraq rekord bir şəkildə təxminən 60 milyard dollar gəlir əldə edib. (TED)