Hindistanda “Apple” şirkətinin zavodunda çalışan işçilər qiyam qaldırıblar.
Eləcə də bax: Yaponiyada "iPhone 12"nin maya dəyərini - Hesabladılar
FED.az xəbər verir ki, “Apple” podratçısı olan “Wistron Corp” şirkətinin Karnataka ştatındaka zavodunun minə yaxın narazı işçisi maaşlarının yalnız bir hissəsini aldıqlarına görə şikayət ediblər və borcların ödənilməsini tələb ediblər.
İxtişaşlar zamanı ən az bir avtomobil yandırılıb, polis işçiləri dağıtmağı bacarıb.
Bu zavodda “iPhone SE” smartfonları istehsal edilir. (Oxu)