“Apple” yenidən “Amazon” və “Google”u geridə qoyaraq 263.4 milyard dollar qiymətləndirmə ilə dünyanın ən bahalı brendi olub.
Eləcə də bax: "TikTok" dünyanın ən sürətlə böyüyən brendi oldu - FOTO
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, bu barədə “Brand Finance” şirkətinin dərc etdiyi hesabatda deyilir.
Analitiklərin hesablamalarına görə, “Apple” liderliyini 2017-ci ildə itirib. İndi isə onun ardınca “Amazon” (254.2 milyard dollar) və “Google” (191.2 milyard dollar) gəlir. Vurğulanır ki, ilk beşliyə həmçinin “Microsoft” (140.4 milyard dollar) və 2Samsung Group” (102.6 milyard dollar), ilk onluğa isə “Walmart”, “Facebook”, “ICBC”, “Verizon” və “WeChat” daxil olub.
Qeyd edək ki, bu yaxında “Apple” korporasiyası “Apple Podcasts”, “Apple Music”, “Apple TV” və “Apple Arcade” kimi xidmətlərə abunəlik funksiyasını əlavə edib.