«Apple» şirkəti sentyabrın 14-də özünün yeni məhsullarını - iPhone 13 smartfonlarını, «Apple Watch Series 7» və «iPad» planşetinin 2 yeni versiyasını təqdim edib.
FED.az xəbər verir ki, iPhone 13 xəttində 4 yeni smartfon var - iPhone 13 mini, iPhone 13, iPhone 13 Pro və iPhone 13 Pro Max.
Smartfonun dizaynında ciddi dəyişiklik baş verməyib. Əsas dəyişiklik arxa tərəfdədir - iPhone 13 mini və iPhone 13 modellərində kameralar yanaşı deyil diaqonal formada yerləşib. Kameraların yerləşdiyi hissə isə daha böyük olub. iPhone 13 mini 5,4 düym, iPhone 13 isə 6,1 döymlük ekrana sahibdirlər. Hər iki smartfonda hər biri 12 MP olan iki kamera quraşdırılıb. «Kinoeffekt» funksiyası sayəsində iPhone 13-lər çəkiliş vaxtı fokusu dəyişə bilirlər, filmlərdə olduğu kimi. Eyni 12 MP kameralar həm də selfi üçün quraşdırılıb.
Smartfonların hamısı «Apple A15 Bionic» çipseti əsasında işləyir. «Apple»da bildiriblər ki, bu model özünün ən yaxın rəqibindən (Android telefonlarındakı Qualcomm Snapdragon 888 nəzərdə tutulur – FED.az) 50% daha güclüdür.
iPhone 13 Pro və iPhone 13 Pro Max isə 6,1 və 6,7 döymlük ekrana malikdirlər. Bu smartfonlarda hər biri 12 MP olan 3 kamera quraşdırılıb
Selfi kameraları isə digərlərində olduğu kimidir.
Bu smartfonların əsas fərqi akkumulyatorlarındadır. iPhone 13 və iPhone 13 mini, eləcə də iPhone 13 Pro-da 3095 mA akkumudyator quraşdırılıb. «iPhone 13 Pro Max»da isə 4325 mA akkumulyator quraşdırılıb. Şirkət eln edib ki, iPhone 13 Pro smartfonu iPhone 12 Pro ilə müqayisədə 1,5 saat, iPhone 13 Pro Max smarfonnu isə iPhone 12 Pro Max-dan 2,5 saat artıq işləyir. Yaddaş imkanı isə 1 terabaytadək (1024 GB) genişləndirilib.