«Apple» şirkətinin qacetlər sahəsində etdiyi böyük inqilabın yubileyi yaxınlaşır – yaxın günlərdə «Apple» şirkəti özünün 10-cu model saatını «Apple Watch 10»u təqdim edəcək.
FED.az xəbər verir ki, xarici sahəvi insayderlərin məlumatına görə, bu dəfə saatların materialı və ölçüləri dəyişəcək, imkanları isə bir qədər də artacaq.
Belə ki, yeni saatlar titandan hazırlanacaq, daha böyük olacaq və 2 dinamiki olacaq. Məlumata görə, yeni saatlar 42 və 46 millimetr ölçülərdə buraxılacaq və əvvəlkilərdən daha byöük olacaq.
Dinamiklər 2 ədəd olacaq, amma buna baxmayaraq saatın korpusu naziləcək. Bu dəfə «Apple Watch 10»un korpusu paslanmayan poladdan olmayacaq, onu titan əvəz edəcək, nəticədə saat bir az da yüngülləşəcək. Eyni zamanda saatın kəməri də dəyişəcək və metal variantlar olacaq.