2019-cu ildə Apple Watch saatlarının satışı bütün İsveçrə saatlarının satışını üstələyib.
FED.az xəbər verir ki, «Strategy Analytics» şirkətinin məlumatına görə, ötən il «Apple» şirkəti 30,7 milyon ədəd ağıllı «Apple Watch» saatı sata bilib. Bu göstərici əvvəlki illə müqayisədə 36% artıqdır.
Eləcə də bax: Dünyada İsveçrə saatlarının - SATIŞLARI AZALIB
Bununla yanaşı, ənənəvi İsveçrə saatlarının ümumi satış həcmi ötən il 13% azalaraq 21,1 milyon ədədə düşüb.
Qeyd edək ki, «Apple» şirkəti adıtən satışlarının həcmini açıqlamır. «Strategy Analytics»ın qiymətləndirməsi də şirkətinin özünün deyil, satış nöqtələrinin məlumalarına əsaslanır. «Strategy Analytics»in icraçı direktoru Nil Mouston bildirib ki, ənənəvi saatlar hələ də yaşlı nəsil arasında popülyardır, amma gənc auditoriya smart saatlar və fitnes-brasletlərə üstünlük verir.
Analitiklər onu da bildirirlər ki, «Swatch» və «Tissot» kimi saat brendləri artıq smart-saatlarla müharibəni uduzurlar.
«Apple» isə istifadəçilərə daha maraqlı məhsul verir, hansı ki, gənclərə yönəlib.
Bazardakı indiki vəziyyəti nəzərə alsaq, İsveçrə şirkətlərinin bu vəziyyəti öz xeyirlərinə dəyişmək üçün vaxtı demək olar ki, yoxdur.
Xatırladaq ki, son illər bəzi İsveçrə şirkətləri özlərinin smart-saatlarını buraxmaq barədə planlarını açıqlayıblar, amma hələlik elə bir uğur qazanmayıblar.