İKT

"Apple TV+"dan sonra "Netflix"ə daha bir rəqib gəldi

"Apple TV+"dan sonra "Netflix"ə daha bir rəqib gəldi | FED.az
19:36 12 Aprel 2019

"Netflix" onlayn yayım platformasına daha bir rəqib gəlib.

FED.az xarici KİV-ə istinadən xəbər verir ki, "Disney"in yeni platforması olan "Disney+"ın tanıtımı həyata keçirilib. Rəqabətdə platformanı önə çıxaran əsas amil "Marvel", "National Geographic", "Pixar" və "Lucasfilm" kimi media nəşriyyatlarının yayımlarının yer alması olub. 

Yeni onlayn platformanın qiymətləri aylıq və illik olaraq müəyyən olunub. Belə ki, qiymətlər aylıq 6,99 USD, illik isə 69,99 USD olaraq müəyyən olunub.

Digər xəbərlər