Hələ baharda elan edilmişdi ki, Apple TV+ xidmətinin orijinal videoservisi Apple TV-nin yenilənmiş proqramının istifadəçiləri üçün əlçatan olacaq və abunəçiyə eksklüziv filmlər, seriallar və sənədli proqramlara baxmağa imkan verəcək.
FED.az biznes portalı TED.az-a istinadən xəbər verir ki, Apple şirkətinin rəhbəri Tim Kuk (Tim Cook) rəsmi olaraq xidmətin noyabrın 1-də dünyanın 100-dən çox ölkəsində işə düşəcəyini təsdiqləyib.
Təqdimat zamanı Ceyson Momoanın (Jason Momoa) baş rol aldığı See serialının yeni treyleri nümayiş etdirilib, həmçinin elan edilib ki, müntəzəm olaraq eksklüziv kontentlə zənginləşəcək xidmətə aylıq abunə sizin bütün ailəniz üçün cəmi 4,99 dollar təşkil edəcək.
Bundan başqa, məlum olub ki, Apple-nin iPhone, iPad və digər texnikasının alıcıları Apple TV+ xidmətinin illik abunəliyini hədiyyə olaraq alacaqlar.