Apple smartfon sahiblərinə 500 milyon dollar ödəməyə hazırdır. Onların kollektiv iddiasına görə, Apple şirkəti istehlakçıları yeni smartfon almağa sövq etmək məqsədilə bilərəkdən bu qurğuların iş sürətini azaldıb. Bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Eləcə də bax: Köhnə smartfonları yavaş işlədiyinə görə - «APPLE» 25 MİLYON AVRO CƏRİMƏLƏNDİ
FED.az xəbər verir ki, iddiaçılar iOS 10.2.1 əməliyyat sistemli iPhone 6, 6Plus, 6s, 6s Plus, 7, 7Plus və SE smartfonlarının, habelə iOS 11.2 əməliyyat sisteminə malik iPhone 7 və 7 Plus sahiblərdirir. İddiaçılar bildiriblər ki, onların mobil qurğuları proqram təminatının yenilənməsindən sonra çox pis işləyib. Belə bir fikir yaranıb ki, tam yararlı smartfonlarda ya batareyanın dəyişdirilməsinə ehtiyac var, ya da onlar yenisi ilə əvəzlənməlidir.
Apple şirkəti ünvanına səslənən ittihamları qəbul etmir və köhnə iPhone funksionalının pisləşməsini temperatur dəyişkənliyi, fərdi qurğuya çoxlu yüklənmə və s. bu kimi səbəblərlə əlaqələndirir. Şirkət bildirir ki, yenilənmiş əməliyyat sistemində bütün çatışmazlıqlar aradan qaldırılıb. Apple hər iddiaçıya 25 dollar kompensasiya ödəməyə hazırdır. Kompensasiyanın məcmu məbləği 310 milyon dollardan aşağı, 500 milyon dollardan yuxarı olmamalıdır.
Azərtac