Pərakəndə satış nöqtələrində həmkarlar ittifaqı birləşməsi ilə üzləşən Apple şirkəti, ABŞ-da işçilərin maaşlarını artırmağa qərar verib.
Eləcə də bax: “Apple Pay” Rusiyada fəaliyyətini - DAYANDIRIB
FED.az xəbər verir ki, şirkət saatlıq minimum əmək haqqını 10% artıraraq 22 dollara qaldırıb.
Aprelin sonlarında Atlantadakı Apple mağazasında çalışan 107 işçi həmkarlar ittifaqı üçün addımlar atıb.
Apple mağazasında həmkarlar ittifaqı yaratmaq üçün mübarizə aparan işçilər, maaşlarının Atlantadakı yaşayış şərtlərindən aşağı düşdüyünü, inflyasiyanın mənfi təsirlərini azaltmaq üçün minimum maaşı 20 dollardan 28 dollara yüksəldilməsini istəyirdilər.
Amazon şirkətinin Nyu-Yorkun Staten Island şəhərindəki anbar işçiləri aprelin 1-də onlayn mağazaya qarşı ölkədə ilk həmkarlar ittifaqı mübarizəsində qalib gəliblər və bu uğur Amazonun anbar işçiləri və digər ştatlardakı Apple işçiləri üçün nümunə olub. (Marja)