Apple Rusiyada məhsullarının satışını dayandırır və xidmətlərin fəaliyyətini məhdudlaşdırır.
Eləcə də bax: “Intel” və “AMD” Rusiyaya tədarükü - DAYANDIRDILAR
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu barədə şirkətin çərşənbə axşamı yaydığı məlumatda deyilir.
Hazırda rəsmi internet saytında iPhone, iPad, MacBook, Apple Watch, AirPods və smart ev məhsullarını sifariş etmək mümkün deyil.
Fevralın 24-də ABŞ Ukraynada xüsusi hərbi əməliyyatın başlaması ilə əlaqədar Rusiya üçün Amerika texnologiyasından istifadə etməklə mikroelektronika, o cümlədən avionika və təyyarə hissələrinin ixracı üçün icazələrin alınması qaydalarını sərtləşdirib.