“Apple” Kupertinoda “Steve Jobs Theatre”-da keçiriləcək tədbir üçün jurnalistlərə dəvətnamə göndərib.
FED.az “Reuters”-ə istinadən bildirir ki, tədbir martın 25-i baş tutacaq.
Dəvətnamələrdə “It's show time” sloqanlı animasiya yerləşdirilib.
Sonuncu dəfə bu sloqan “Apple TV”-nin işə salınmasından əvvəl 2006-cı ildə istifadə edilmişdi.
Qeyd edək ki, şirkət striminq videoservisi ilə birgə TV-kanallara abunəliyi də tətbiq edə bilər. Yeni tətbiqlərin tarixi məlum deyil, lakin şirkət adətən servisləri anonsdan sonra bir neçə həftə ərzində işə salır.