"Apple" kompüterlərinin satış həcmi "Intel" prosessorlarının çatışmazlığı səbəbindən azalıb. Bu haqda "Apple"ın rüblük hesabatına həsr edilmiş konfransda korporasiyanın maliyyə direktoru Luka Maestri deyib.
FED.az Elektron Xəbər Xidməti "dailycomm.ru" saytına istinadən yazır ki, 2019-cu ilin yanvar-mart aylarında "Apple" korporasiyası fərdi kompüterlərinin satışından 5,5 milyard dollar qazanıb, halbuki 2018-ci ilin müvafiq dövründə bu göstərici 5,8 milyard dollar olmuşdu.
"Bu azalma əsasən bəzi populyar modellər üçün prosessorların problemli tədarükü ilə bağlıdır" – Maestri deyib.
"Apple"ın baş direktoru Tim Kuk təsdiq edib ki, çip defisiti olmasa idi, FK satışından əldə olunan gəlir daha çox ola bilərdi.