«Apple» şirkəti 2026-cı ildə sensor idarəetməsi və səs əmrlərini dəstəkləyən tamamilə yeni «Magic Mouse» kompüter «siçanı»nı buraxmağa hazırlaşır.
FED.az xarici mətbuata istinadən xəbər verir ki, yeni qurğu indiyədək əllə idarə olunan qurğulardan fərqli olaraq səs əmrlərini də yerinə yetirəcək. Bundan başqa, şirkət bildirir ki, yeni qurğuda şarj portunun narahat yerləşməsi problemi də həll olunacaq.
«Apple» bir neçə ay əvvəl «USB-C»yə keçsə də, şarj portu yerini dəyişməyi. Hələ də aşağıda yerləşir ki, bu da siçanın şarj zamanı istifadəsini qeyri-mümkün edir. Yeni qurğuda bu məsələ həllini tapmalıdır.
«Magic Mouse» adlanan yeni siçanın 2026-cı ildə OLED ekranlı M6 çipseti olan "MacBook Pro" ilə eyni vaxtda buraxılacağı gözlənilir.