«Apple» şirkəti tarixində ilk dəfə olaraq köhnə «iPhone» modelinin istehsalını bərpa etməyi qərara alıb. FED.az xəbər verir ki, bunun səbəbi sentyabrda təqdim olunan telefonlara tələbatın aşağı olması və yaxşı satılmamasıdır. Xüsusilə «iPhone XS» gözəntiləri doğrultmayıb. Nəticədə şirkət yeni modellərin istehsalını azaltmağa və paralel olaraq daha əvvəl təqdim edilmiş «iPhone X» modelinin istehsalını bərpa etməyə məcbur olub.
ELƏCƏ DƏ BAX: Azərbaycanlılar ən çox hansı smartfondan istifadə edir?
Qeyd edək ki, ənənəyə uyğun olaraq Apple həmişə yeni telefon təqdim etdikdə, köhnə telefonların istehsalını kəskin azaldır ki, alıcılar diqqətini daha çox yeni telefonlara yönəltsinlər. Bu dəfə də eyni addım atılsa da, nəticəsi pis olub. Alıcılar yeni modellərə demək olar ki, maraq göstərməyiblər. Satışların kəskin azalacağı riski ilə üzləşən şirkət bir qədər gözlədikdən sonra çıxış yolunu əvvəlki modelin istehsalında görüb.
Amma bu addım təkcə alıcıların gözləntiləri ilə bağlı deyil. Məsələ bundadır ki, Apple-nin teoefonları üçün ekranlar Samsung-dan alınır. Şirkələr arasında bu barədə müqavilə var. Müqaviləyə əsasən, Apple əvvəlcədən bəlli sayda ekran almağı öhdəsinə götürüb.
Yeni modellər satılmasa da, müqavilə öhdəliklərinə əməl etmək üçün Apple əvvəlki modeli istehsal etməyə başlayıb.
ELƏCƏ DƏ BAX: Azərbaycanda ən məşhur məişət texnikası - BRENDLƏRİ – SİYAHI
Köhnə modellərin istehsalı Apple üçün ilk narahatlıq deyil, ötən həftə məlum oldu ki, şirkət yeni modellərinin sifarişlərini kəskin azaldıb. Satışlarla bağlı ən pis vəziyyət «iPhone XR» modelindədir. Şirkət bu modelin qiymətini aşağı salsa da, ona maraq artmayıb.
Smartfonların belə satışı Apple-yə ehtiyat hissələri verən şirkətlərin və gəlirlərini də azaldıb və onların səhmlərini ucuzlaşdırıb.