“Apple” şirkəti iOS-un yeni versiyaları çıxdıqdan sonra köhnə iPhone modellərinin ləngiməsinə görə ABŞ-ın 34 ştatına 113 milyon dollar ödəyəcək.
Eləcə də bax: “Apple” özü istehsal etdiyi prosessorla işləyən yeni MacBook təqdim edib – Foto
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu barədə “The Washington Post” yazıb.
“Böyük texnologiya şirkətləri istehlakçılara münasibətdə manipulyasiyalardan çəkinməli və iş üsulları haqqında olan həqiqəti onlara izah etməlidirlər”, – deyə ABŞ-ın Arizona ştatının baş prokuroru Mark Brnoviç bildirib.
Xatırladaq ki, 2017-ci ilin dekabrında “Apple” yeni iPhone modellərini təqdim etdikdən sonra köhnə smartfonların prosessor tezliyini bilərəkdən azaltdığını etiraf etmişdir.
2020-ci ilin mart ayında isə şirkət köhnə iPhone sahiblərinə kompensasiya şəklində 500 milyon dollar ödəməyə razılıq vermişdir.