"Apple" şirkəti məhkəmənin tələbi ilə iPhone 6, 6S, 7 və SE telefonlarına sahib olan müştərilərinə 25 dollar ödəyəcək.
Eləcə də bax: Köhnə smartfonları yavaş işlədiyinə görə - «APPLE» 25 MİLYON AVRO CƏRİMƏLƏNDİ
FED.az xəbər verir ki, Apple şirkəti köhnə telefon modellərini bilərəkdən yavaşlatdığı iddiası ilə açılan məhkəmə iddiasında 500 milyon dollar ödəməyə razılıq verib.
Qeyd edək ki, Apple şirkəti 2017-ci ildə köhnə cihazların işləmə sürətini aşağı saldığını etiraf etmişdi. Bundan sonra şirkət bəzi müştərilər tərəfindən məhkəməyə verilmişdi. Şirkət istehlakçı hüquqşünasları ilə əldə edilən razılaşmaya görə, cavabdeh olduğunu qəbul etmişdi.
Məşhur texnologiya firması səhvini qəbul etdikdən sonra batareya dəyişmələrində 29 dollar dəyərində endirimə gedib. Ancaq çox sayda istifadəçi bu prosesdə yüzlərlə dollar xərclədiklərini, yeni telefon aldıqlarını və qurban olduqlarını ifadə edərək istehlakçı vəkillərinə müraciət edib.
Kaliforniyada fəaliyyət göstərən şirkət bu məsələdə səhvini qəbul etməsə də, istehlakçı vəkillərlə güzəştə getməyi üstün tutub. Belə ki, şirkət vəkillərə 93 milyon dollar veriləcəyi təqdirdə 500 milyon dollara qədər ödəməyi vəd edib.
Razılaşmaya əsasən, iPhone 6, 6S, 7 və SE model telefonları olan müştərilər şirkətdən 25 dollar ala biləcəklər.