“Apple” artıq xeyli müddətdir ki, “iPod”ların istehsalı və satışı ilə məşğuldur.
Eləcə də bax: Azərbaycanın mobil telefon bazarının liderləri bəlli olub - İLK ÜÇLÜK
FED.az xəbər verir ki, lakin 2019-cu ildə buraxılan “iPod touch 7” modeli bu seriyanın sonuncusu oldu. “Apple” pərəstişkarları “iPod”un 20 illiyi şərəfinə şirkətin yeni modelini təqdim edəcəyinə və ya “iPod”un klassik versiyalarını canlandıracağına ümid etsələr də gözləntilər özünü doğrultmadı.
Belə ki, şirkətdən verilən məlumata görə, “Apple” daha “iPod touch” istehsal edib satmayacaq və onu yalnız mağazalarda mövcud olduğu müddətcə almaq mümkün olacaq. (Oxu.az)