Apple şirkətinin baş direktoru Tim Kuk (Tim Cook) 2023-cü ildə maaşının 40 faizdən çox azaldılaraq 49 milyon dollar müəyyən edilməsini tələb edib.
“Apple” və “Tesla”nın səhmləri - KƏSKİN UCUZLAŞIB
FED.az xəbər verir ki, 2022-ci il üzrə Kukun maaş 99,4 milyon dollar təşkil edib, o cümlədən bu maaşın 3 milyon dollarlıq hissəsi baza maaşından, təxminən 83 milyon dollarlıq hissəsi səhmlərdən və bonusdan ibarət olub.
iPhone istehsalçısı bildirib ki, Kukun son maaşı “səhmdarların rəyinə, Apple-ın performansına və cənab Kukun məsləhətinə” əsaslanır. (Marja)