İKT

“App Store”dən 180-dən artıq - PROQRAM SİLİNƏCƏK

“App Store”dən 180-dən artıq - PROQRAM SİLİNƏCƏK | FED.az
21:01 15 Noy 2019

“Apple” şirkəti “App Store” əlavələr dükanında elektron siqaret çəkməklə (veypinq) bağlı 180-dən artıq proqramı siləcək.

FED.az “Report”a istinadən xəbər verir ki, şirkət elektron siqaret istehsalçılarına məxsus və veypları tənzimləyən əlavələri, elektron siqaret çəkməyin mədəniyyətinə dair xəbərləri, veypinqlə bağlı oyunları da siləcək.

Eləcə də bax: "Facebook" və "Twitter"ə rəqib - SOSİAL ŞƏBƏKƏ YARADILIB

Hələ iyun ayından şirkətin online platformasında elektron siqaret çəkməyi təbliğ edən əlavələrin yerləşdirilməsinə son verildiyi xatırlanır.

“App Store"un bundan sonra da istifadəçilər, xüsusilə gənclər üçün əlavə yüklənə bilən etibarlı platform olmasına ciddi nəzarət edirik. İstifadəçilərimizin sağlamlığına və rahatlığına riskləri aradan qaldırmaq üçün daim əlavələri qiymətləndirir, son məlumatları əsas götürürük”, - şirkətdən bildiriblər.

Digər xəbərlər