2022-ci ildə “App Store” ekosisteminin tətbiqlərində ödəmə və satışların ümumi həcmi 29,3 faiz artaraq 1,123 trilyon dollara çatıb. 2019-cu illə müqayisədə qlobal göstəricilər iki dəfədən də çox artıb.
FED.az xəbər verir ki, bu barədə “Apple Inc” kompaniyasının sponsorluğu ilə “Analysis Group” şirkətinin apardığı tədqiqatda deyilir.
Məlumata görə, həmin vəsaitin böyük hissəsi (910 milyard dollar) tətbiq vasitəsilə real məhsulların və xidmətlərin satışından əldə edilib. Onların arasında pərakəndə satışlar (621 milyard dollar), səyahətlər (102 milyard dollar), həmçinin yemək sifarişi (77 milyard dollar) önə çıxıb. Rəqəmsal məhsulların və xidmətlərin satışından 104 milyard dollar, tətbiqdəki reklamlardan isə 109 milyard dollar əldə edilib.
Tədqiqatda qeyd olunur ki, ekosisteminin gəlirləri tətbiqdəki satışların yalnız kiçik hissəsini təşkil edir. Bununla belə, mövcud olduğu 15 ildə “App Store” ümumilikdə 320 milyard dollar qazanıb. Həmin dövr ərzində tətbiq 270 milyard dəfə yüklənib.