FED.az ICTnews-a istinadən xəbər verir ki, 2016-cı ildə maksimum ödəniş məbləği 50 min dollaradək, ötən ilin iyununda isə mükafat məbləği 200 min dollaradək artırılıb.
Qeyd edək ki, "Google" “Android Security Rewards Program” proqramını 2015-ci ildə istifadəyə verib. Şirkətdən bildirilib ki, ötən 3 ildə 470 boşluq aşkar edən şəxslərə 3 milyon dollardan çox mükafat verilib.
“Pixel” smartfonlarında aşkar edilmiş iki boşluğa görə Quanq Qonqa 105 min dollar ödənilib. Bu, ən yüksək mükafat məbləğidir.