Kaspersky Android cihazlarını arzuolunmaz abunələrdən necə qorumağı xatırladır
Eləcə də bax: Android smartfonlarını hücümlardan qorumaq üçün - 5 VACİB TÖVSİYƏ
FED.az xəbər verir ki, bu yaxınlarda Azərbaycan sakinlərinə istifadəçiləri gizli şəkildə pullu xidmətlərə abunə edən və şəxsi məlumatları ələ keçirən yeni zərərli proqramla bağlı xəbərdarlıq edilib.
Kaspersky xatırladır ki, belə abunəçi troyanları Android platformalı cihaz istifadəçilərindən pul qoparmağın klassik üsullarından biridir. Artıq bir neçə ildir ki, onlar adi istifadəçilərin telefonuna sızaraq, faydalı proqramları imitasiya edir və gizli şəkildə pullu xidmətlərə abunə edirlər.
Çox vaxt, bu tip troyanların hərəkətləri nəticəsində istifadəçilər müxtəlif qanuni xidmətlər üçün onların xəbəri olmadan ödəniş edirlər, bunun üçün isə təcavüzkarlar faiz əldə edirlər. Lakin bəzən zərərli proqram istifdəçini təcavüzkarların öz “xidmətlərinə” qoşur. Həmçinin, zərərli proqram SMS və ya push bildirişlərinə giriş tələb edə bilər ki, bunun sayəsində abunəlik üçün təsdiq kodları ələ keçirilə bilər. Daha sonra isə təsdiq kodu görünməz bir pəncərədə açılan abunə səhifəsinə yönləndirilir.
Zərərli proqramlar Google Play vasitəsilə ucuz və “faydalı” proqramlar adı altında yayıla bilər, məsələn, video və ya foto redaktorlar, əlavə emojilərin quraşdırılması, şəxsi interfeys dizaynının yaradılması, sağlamlığa nəzarət üçün proqramlar, menyuların yaradılması, kalori miqdarının hesablanması və s. Bununla belə, ödəniş səhifəsini vərəqləyərək görə bilərsiniz ki, “xidmətə” giriş birdəfəlik ödənişlə deyil, avtomatik ödəniş qaydası ilə abunəliklə ilə təmin edilir.
“Hətta faydalı proqram belə təhlükə yarada bilər. Buna görə də, təcavüzkarların yeminə aldanmamaq üçün hər hansı xidmət haqqını ödəməzdən əvvəl, nə qədər uzun olsa da, həmişə istifadəçi müqaviləsini oxumağınızı tövsiyə edirik. Etibarlı təhlükəsizlik həllindən, o cümlədən, mobil cihazlarda istifadə etmək eyni dərəcədə vacibdir - o, təhdidə qarşı əlavə sığorta rolunda çıxış edəcək. Həmçinin proqramlarınızın siyahısını mütəmadi olaraq nəzərdən keçirməkdə və onların telefonunuzda tələb edə biləcəyi “əlavə” hüquqları məhdudlaşdırmaqda fayda var”, - deyə Kaspersky bildirir.
Arzuolunmaz abunələrdən yan keçmək üçün Kaspersky tövsiyə edir:
- qeyri-rəsmi mənbələrdən proqramlar quraşdırmayın - bu, cihazın təhlükəsizliyini əhəmiyyətli dərəcədə artıracaq;
- Google Play və ya digər rəsmi mağazalardan proqramları yükləməzdən əvvəl onlar haqqında rəyləri oxuyun və reytinqlərə baxın;
- tətbiqin platformaya yerləşdirildiyi tarixi yoxlayın. Mağazalar şübhəli saxta versiyaları silirlər, buna görə də təcavüzkarlar mütəmadi olaraq yoluxmuş proqramların yeni versiyalarını yaradırlar. Marağınızı cəlb edən tətbiq mağazaya təzəlikcə əlavə edilibsə, bu ehtiyatlı olmaq üçün bir səbəbdir;
- tətbiqlərə cihazınıza minimal giriş imkanı verin. Ona bildirişlərinizi və ya SMSlərinizi oxumağa icazə verməzdən əvvəl bunun həqiqətən zəruri olub olmadığını nəzərdən keçirin;
- mobil cihazlar da daxil olmaqla, Android üçün Kaspersky Internet Security kimi etibarlı həllər quraşdırın cihazlarınızda etibarlı həllərdən istifadə edin.