“Google” şirkəti “Android” smartfonların peyklərə birbaşa qoşulmasına imkan verəcək yeni texnologiya hazırlayır.
FED.az xəbər verir ki, bu barədə “Google”un Platformalar və Ekosistemlər üzrə baş icraçı direktoru Hiroşi Lokxeymer məlumat verib.
Eləcə də bax: "Google Pay" nədir, necə işləyir və ondan necə istifadə etmək olar? – VACİB MƏQAMLAR
Şirkət smartfonların peyklərə birbaşa qoşulmasına imkan verəcək yeni texnologiyadan “Android”in 14-cü versiyasında istifadə etmək niyyətindədir.
Xatırladaq ki, “Android” smartfonların növbəti versiyası 2023-cü ilin payızında təqdim ediləcək. (Report)