Android istifadəçiləri üçün “Whatsapp” mesencerində “Barmaq izi” funksiyasının tətbiqinə başlanılır.
FED.az TED.az-a istinadən xəbər verir ki, yeni təhlükəsizlik açarı telefon kilid vəziyyətində olanda da gələn zənglərə cavab verməyə imkan verəcək. Həmçinin bu kilid altında mesencerə daxil olan bildirişlərdə göndərilən mesajın mətni gizli saxlanılır.
Hazırda test dövründə olan funksiya yaxın zamanlarda bütün Android istifadəçiləri üçün aktiv ediləcək.
Qeyd edək ki, cari ilin fevral ayında İOS istifadəçiləri üçün “Whatsapp” mesencerində “Barmaq izi” funksiyasının tətbiqinə başlanılıb