ABŞ-ın Kaliforniya Universitetinin tədqiqatçıları, Çinin DeepSeek şirkətinin viral AI modelini cəmi 30 dollara yenidən yaratdıqlarını iddia edirlər.
ABŞ konqresmenlərinə “DeepSeek” istifadəsi - QADAĞAN EDİLDİ
FED.az xəbər verir ki, DeepSeek-in R1 modeli keçən həftə OpenAI-nin ChatGPT-sini üstələyərək ABŞ texnologiya sənayesinə böyük təsir göstərmişdi. Şirkət bu modeli 6 milyon dollardan az bir büdcə ilə inkişaf etdirmişdi.
Berkeley tədqiqatçıları TinyZero adını verdikləri replikasını məşhur Countdown oyunundakı nömrə tapmacasından istifadə edərək öyrədiblər. Layihənin rəhbəri Jiayi Pan bildirib ki, model uğurla işləyir və sadəcə 30 dollara hazırlanıb. Tədqiqatın nəticələri GitHub-da paylaşılsa da, hələ elmi ekspertizadan keçməyib.
Bu nailiyyət süni intellekt modellərinin inkişafı üçün milyardlarla dollar xərcləyən ABŞ texnologiya nəhənglərinin maliyyələşdirmə yanaşmasını yenidən gündəmə gətirib. Ekspertlər hesab edirlər ki, DeepSeek-in uğuru AI modellərinin hazırlanması və istifadəsində yeni dövrün başlanğıcı ola bilər.