Banner
Banner
Fed.az
Banner
  • Son Xəbərlər
  • Maliyyə
    • Bank
    • Qeyri-Bank
    • Sığorta
    • Birja
    • Renkinqlər
    • Təlimlər
  • Biznes
    • İnvestisiya
    • İnşaat və əmlak
    • Turizm
    • Avto
    • Tenderlər
    • Biznes təkliflər
    • Vergilər
  • İqtisadiyyat
    • Sənaye
    • Energetika
    • Aqrar
    • Nəqliyyat
    • Makro
    • Dövlət
    • İKT
  • Sosial
    • Hadisə
    • Təhsil və elm
    • Sağlamlıq
    • Sosial
    • İdman
    • Ekologiya
  • Maraqlı
    • Ləzzətli yol xəritəsi
    • Style
    • Status
    • Startaplar
    • Vakansiyalar
    • Məhkəmələr
  • Regionlar
    • Abşeron iqtisadi rayonu
    • Aran iqtisadi rayonu
    • Dağlıq Şirvan iqtisadi rayonu
    • Gəncə-Qazax iqtisadi rayonu
    • Quba-Xaçmaz iqtisadi rayonu
    • Lənkəran iqtisadi rayonu
    • Şəki-Zaqatala iqtisadi rayonu
    • Yuxarı Qarabağ iqtisadi rayonu
    • Kəlbəcər-Laçın iqtisadi rayonu
    • Naxçıvan iqtisadi rayonu
  • Əmlak
    • Mənzil və villalar
    • Kommersiya obyektləri
    • Torpaq sahələri
    • Turizm obyektləri
  • Digər
    • Statistika
    • Hesabatlar
    • Hüquq
    • Biznes tarixi
    • Kitabxana
    • Ağılı sərmayə
    • Qarabağ
    • Boya istehsalçıları
    • Mebel istehsalçıları
  • Az
    • Az
    • Ru
Banner

İKT

  1. Ana səhifə
  2. İKT
  1. İKT

Amerikalı investor və iş adamı: “Fantastik Azərbaycan” dövrü başlayır - MÜSAHİBƏ

Amerikalı investor və iş adamı: “Fantastik Azərbaycan” dövrü başlayır - MÜSAHİBƏ | FED.az
09:11 28 Dek 2022

Dünyanın qabaqcıl ölkələrində baş verən rəqəmsallaşma prosesləri Azərbaycandan da yan keçmir. Bu istiqamətdə bir sıra böyük layihələr həyata keçirilir və əminliklə demək olar ki, qarşıdan gələn 2023-cü ildə rəqəmsal texnologiyalardan istifadə daha da intensivləşəcək və ölkə iqtisadiyyatı üçün yeni imkanlar yaradacaq.

Tikinti şirkətinin rəhbəri: «Yeni qaydalar «novostroyka»dakı mənzillərin qiymətini bahalaşdıra bilər» - MÜSAHİBƏ

Müsahibimiz Yan Purijanski (Jon Purizhansky) bir sıra böyük beynəlxalq işgüzar layihələrin müəllifi və rəhbəridir. İsrail və ABŞ vətəndaşıdır. İxtisasca hüquqşünasdır. Bir sıra böyük şirkətlərin səhmdarıdır. Biznes fəaliyyəti İsrail, Kanada, İngiltərə, ABŞ, Baltik və Balkan ölkələrini əhatə edir. Çoxşaxəli fəaliyyətinin bir mühüm ümumi cəhəti var: rəqəmsal texnologiyaların tətbiq edilməsi sayəsində korporativ sosial məsuliyyətin təmin olunması.

Yan Purijanski ilə görüşüb müsahibə almağı hamımızın “Rekviem”, “Pəncərə”, “Batmış gəminin mahnısı”, “Neylərəm” və digər musiqi əsərlərinin müəllifi kimi tanıdığımız bəstəkar-şair Rasim Müzəffərli təşkil etdi. Rasim müəllimin naşir, fəlsəfəçi-alim və bir vaxtlar hətta bankir olduğunu da bilirdim. İnformasiya texnologiyaları sahəsində bir sıra innovativ layihələr üzərində artıq 20 ildir çalışdığı isə mənim üçün tam sürpriz oldu. Amma yəqin ki, bu, ayrıca söhbətin mövzusudur...

Beləliklə, FED.AZ-ın qonağı İsrail-Amerika hüquqşünası, iş adamı və investor Yan Purijanski ilə söhbətə onun xoş niyyətinin səbəbi haqda soruşmaqla başlayırıq.

- Cənab Purijanski, necə oldu ki, Azərbaycana gəlmək və burada iş qurmaq qərarına gəldiniz?

- Həyat yoldaşım Bakıda anadan olmuş yahudi əsilli azərbaycanlıdır. Burada qohumlarımız, dostlarımız var. Odur ki, Bakı ilə daim əlaqəmiz olub, Azərbaycanda baş verən proseslərlə həmişə maraqlanmışıq, uğurlarınıza, xüsusən iki il əvvəlki Böyük Zəfərə biz də ürəkdən sevinmişik. Dostlarımın dəvətilə bu il iki dəfə Bakıda oldum və özümü doğma və əziz bir yerdəki kimi çox rahat və xoşhal hiss etdim.

Digər tərəfdən, dünyanın bir çox ölkələrində iqtisadi-maliyyə böhranları yaşandığı bir məqamda, Azərbaycanda böyük inkişaf baş verdiyinin, xüsusən də Zəfərdən sonra, münbit investisiya mühitinin yaranmasının şahidi oldum. Biznes tərəfdaşlarımla, iş yoldaşlarımla məsləhətləşdik və belə qənaətə gəldik ki, ən son rəqəmsal texnologiyaların Azərbaycanda geniş tətbiq olunması sahəsində buraya investisiyaların cəlb olunmasında faydalı və səmərəli fəaliyyət göstərə bilərik. İlkin olaraq, “CrediVault” və “Joblio” şirkətlərini, daha sonra isə sıx əməkdaşlıq etdiyim və Azərbaycanda səmərəli çalışa biləcək bir sıra digər şirkətləri də Azərbaycana gətirməyi düşünürəm. 

- Adlarını çəkdiyiniz bu şirkətlərin fəaliyyət istiqamətləri nədən ibarətdir? 

- “CrediVault” – innovasiyalar, süni intelekt, yeni rəqəmsal texnologiyalar və həllər sahəsində ixtisaslaşmış beynəlxalq şirkətdir. 70-dən çox yüksək ixtisaslı proqramçılardan ibarət komandamız var. Əsas məhsulumuz CrediVault adlanan təhlükəsiz blokçeyn platformasıdır. Onun tətbiq olunması həm mövcud texnoloji sistemlərdən daha ucuz başa gəlir, həm informasiya təhlükəsizliyini, şəffaflığı və istifadəçi hüquqlarının qorunmasını təmin edir, həm də texnoloji firildaqların və dələduzluqların qarşısını alır. Konseptual olaraq, CrediVault platforması – hər bir insanın həyatında doğumdan ölümə qədər baş verən bütün mühüm hadisələrin, blokçeyn texnologiyası əsasında sistemli şəkildə yazılaraq, rəqəmsallaşması və bu hadisələrin dəyişməz, şəffaf və əbədi bir reyestrə çevrilməsi deməkdir.

Azərbaycanın Cənubi Qafqazda və bütövlükdə regionda ənənəvi güc mərkəzi olmasını və Prezident İlham Əliyevin ölkə iqtisadiyyatını sürətləndirmək üçün rəqəmsal transformasiyaya xüsusi diqqət göstərməsini nəzərə alsaq, Azərbaycan CrediVault-un genişlənməsi üçün mükəmməl yerdir. Dünyada əsas maliyyə və texnoloji mərkəzlərdən biri kimi ölkənin önə çıxmaq imkanı var və biz bu işdə ona kömək edəcəyik. 

“Joblio” şirkəti isə əmək miqrasiyası sahəsində fəaliyyət göstərir. Biz müxtəlif peşə sahiblərinə xaricdə qısa və orta müddətli iş təklif edirik. Böyük korporasiyalarla əməkdaşlıq etdiyimizə görə, iş üçün müraciət edənlərə pulsuz xidmət göstəririk, öncədən heç bir ödəniş tələb etmirik, işçilərin sığortalı və təhlükəsiz işlə təmin olunmasını həyata keçiririk. 

- Bu sahə və şirkətlərlə bağlı Azərbaycanda hansı hədəfləriniz var? 

- Bizim beynəlxalq sənaye, maliyyə və texnologiya ekspertləri komandamız Azərbaycanın rəqəmsal transformasiyasını sürətləndirməyi və rəqəmsal qeydlər üçün dünyanın ən etibarlı reyestrinə çevrilməyini hədəfləyir. Hal-hazırda Azərbaycanda da beynəlxalq komanda formalaşdırırıq. Komandamızın yüksək ixtisaslı bəzi mütəxəssisləri artıq Bakıdadırlar. Azərbaycanın rəqəmsallaşmasına, ən qabaqcıl informasiya texnologiyalarına yiyələnməsinə öz töhfəmizi vermək istəyirik. Çalışdığımız sahələrdə Azərbaycan regionda 1-ci olacaq və tam əminəm ki, ən yaxın gələcəkdə bu sahələr üzrə dünyada 10 lider ölkədən birinə çevriləcək.

- Cənab Purijanski,  Azərbaycanın 2023-cü ilini necə görürsünüz? 

- Quruculuq və yenə quruculuq! Azərbaycana gələn xarici şirkətlərin və investisiyaların əhəmiyyətli dərəcədə artacağını əminliklə demək olar. Mən 2023-cü ili “Fantastik Azərbaycan” dövrünün başlanğıcı hesab edirəm. Sizin İlham Əliyev kimi qurucu, yenilikçi və müzəffər Prezidentiniz var! Fürsətdən istifadə edib, onu doğum günü münasibətilə ürəkdən təbrik edirəm. Azərbaycana və onun hər bir vətəndaşına əminamanlıq, şərəfli və bərəkətli yeni il arzulayıram. 

- Çox sağ olun. Maraqlı söhbətə, xoş arzulara görə sizə və bu söhbəti təşkil etdiyinə görə Rasim Müzəffərliyə təşəkkürümü bildirirəm. Arzu edirəm ki, 2023-cü il həm də rəqəmsal texnologiyaların İsrail-Amerika-Azərbaycan ortaq tətbiqi ili olsun.

 

Amerikalı investor və iş adamı: “Fantastik Azərbaycan” dövrü başlayır - MÜSAHİBƏ | FED.azAmerikalı investor və iş adamı: “Fantastik Azərbaycan” dövrü başlayır - MÜSAHİBƏ | FED.az
Banner
Banner
  • biznes
  • rəqəmsal
  • Amerikalı
  • investor
  • iş adamı
  • Fantastik Azərbaycan
  • Yan Purijanski
Paylaş

Digər xəbərlər

“Aztelekom” və “Baktelecom” müştəri məmnuniyyəti üzrə artım - NÜMAYİŞ ETDİRİB
İKT 9 Fev 2023
“Aztelekom” və “Baktelecom” müştəri məmnuniyyəti üzrə artım - NÜMAYİŞ ETDİRİB
"Bakcell"dən Türkiyəyə dəstək - XÜSUSİ AVADANLIQLAR GÖNDƏRDİ
İKT 8 Fev 2023
"Bakcell"dən Türkiyəyə dəstək - XÜSUSİ AVADANLIQLAR GÖNDƏRDİ
“Azərpoçt” Türkiyədəki zəlzələ ilə bağlı AFAD-a edilən ianələrdən - KOMİSSİYA TUTMAYACAQ
İKT 8 Fev 2023
“Azərpoçt” Türkiyədəki zəlzələ ilə bağlı AFAD-a edilən ianələrdən - KOMİSSİYA TUTMAYACAQ
Türkiyədə yardım adı ilə saxta hesablar açılıb - VİDEO
İKT 8 Fev 2023
Türkiyədə yardım adı ilə saxta hesablar açılıb - VİDEO
Mobil cihazlar üçün BakıKart mobil tətbiqi - İSTİFADƏYƏ VERİLƏCƏK
İKT 8 Fev 2023
Mobil cihazlar üçün BakıKart mobil tətbiqi - İSTİFADƏYƏ VERİLƏCƏK
Azərbaycandan xaricə ildə nə qədər - REKLAM PULLARI GEDİR?
İKT 7 Fev 2023
Azərbaycandan xaricə ildə nə qədər - REKLAM PULLARI GEDİR?
Müşfiq Hətəmov “Space”dən getdi - YENİ RƏHBƏR TƏYİN EDİLDİ
İKT 7 Fev 2023
Müşfiq Hətəmov “Space”dən getdi - YENİ RƏHBƏR TƏYİN EDİLDİ
"Apple" Türkiyəyə - YARDIM EDƏCƏK
İKT 7 Fev 2023
"Apple" Türkiyəyə - YARDIM EDƏCƏK
Azərbaycanda dövlət qurumları üçün "wetransfer"ə alternativ resurs yaradılıb
İKT 7 Fev 2023
Azərbaycanda dövlət qurumları üçün "wetransfer"ə alternativ resurs yaradılıb
"Azercell"dən Türkiyədəki abunəçilərinə - DƏSTƏK!
İKT 6 Fev 2023
"Azercell"dən Türkiyədəki abunəçilərinə - DƏSTƏK!
"Bakcell" Türkiyədəki abonentlərini pulsuz danışıq dəqiqələri və internetlə - TƏMİN EDİB
İKT 6 Fev 2023
"Bakcell" Türkiyədəki abonentlərini pulsuz danışıq dəqiqələri və internetlə - TƏMİN EDİB
“Apple” dünyada təqribən 1 milyard nəfərə - Pullu Xidmət Satır
İKT 6 Fev 2023
“Apple” dünyada təqribən 1 milyard nəfərə - Pullu Xidmət Satır
Banner
Banner
Banner
Banner
Banner
Banner
Banner
Banner
Banner

XƏBƏR LENTİ

  • Dövlət Agentliyinin rəis müavini: "Azərbaycanda 75 metr və daha hündür binalar tikmək olar, qorxusu yoxdur"
    10:53 9 Fev 2023
  • Aparıcı valyutaların dollar ilə məzənnələrində müsbət dinamika ola bilər - İnvestAZ TƏQDİM EDİR
    10:46 9 Fev 2023
  • Dövlət Agentliyi: "Ölkədə tikinti keyfiyyəti çox yüksək səviyyədədir və baş verə biləcək istənilən zəlzələyə davamlıdır" - MÜSAHİBƏ
    10:32 9 Fev 2023
  • “Aztelekom” və “Baktelecom” müştəri məmnuniyyəti üzrə artım - NÜMAYİŞ ETDİRİB
    10:25 9 Fev 2023
  • "Neft və qaz nəhənglərinin mənfəətinə vergilərin artırılması neft qıtlığına səbəb ola bilər"
    10:11 9 Fev 2023
  • Türkiyədə zəlzələdə ölənlərin sayı - 12873-Ə ÇATIB
    09:59 9 Fev 2023
  • Avropada qaz 3%-dək ucuzlaşıb - SON QİYMƏT
    09:56 9 Fev 2023
  • Qusarda 20 santimetr qar, Qubada 14 dərəcə şaxta - FAKTİKİ HAVA
    09:52 9 Fev 2023
  • MDB ölkələri ilə ticarət dövriyyəsi artıb
    09:49 9 Fev 2023
  • Zəlzələdən sonra sement şirkətlərinin - SƏHMLƏRİ BAHALAŞIB - SİYAHI
    09:42 9 Fev 2023
  • Azərbaycan neftinin qiyməti 86 dolları keçib - SON QİYMƏT
    09:34 9 Fev 2023
  • Dövlət qurumu bina sahəsi - İCARƏYƏ GÖTÜRÜR
    09:32 9 Fev 2023
  • 7 600 rus əsgəri təslim olmaq üçün “Yaşamaq istəyirəm” layihəsinə müraciət edib
    09:29 9 Fev 2023
  • Rəsmi məzənnələr - AÇIQLANDI
    09:27 9 Fev 2023
  • Zəlzələ üzrə ekspert: «Dağılan binaların əksəriyyəti 1998-ci ildən əvvəl tikilib»
    09:23 9 Fev 2023
  • Qida Təhlükəsizliyi Agentliyi- TENDER ELAN ETDİ
    09:21 9 Fev 2023
  • Gəncədə süd, ət və yumurta - İSTEHSALI AZALIB
    09:19 9 Fev 2023
  • Lisenziyaların alınması ilə bağlı - TENDER ELANI
    09:18 9 Fev 2023
  • Neft ucuzlaşıb - SON QİYMƏT
    09:17 9 Fev 2023
  • Gəncədə ərzaq, içki və siqaret - SATIŞI AZALIB
    09:13 9 Fev 2023
  • Dövlət agentliyi təsərrüfat malları alır- TENDER ELANI
    09:08 9 Fev 2023
  • Azərbaycan xilasediciləri 37 nəfəri dağıntılar altından sağ çıxarıb - VİDEO
    09:08 9 Fev 2023
  • Zəlzələ Türkiyədə dəmir yollarını sıradan çıxarıb - FOTOLAR
    09:03 9 Fev 2023
  • "Ask Şüşə" şirkəti təkliflər sorğusu - ELAN ETDİ
    08:59 9 Fev 2023
  • Azərbaycanın 2-ci ən böyük şəhərində – MAAŞLAR AÇIQLANIB - MƏBLƏĞLƏR
    08:42 9 Fev 2023
  • Azərbaycan xəstəxanalarında zəlzələdə zərər çəkənlər üçün - 2 MİN ÇARPAYI AYRILIB
    08:15 9 Fev 2023
  • Türkiyədə zəlzələdə həlak olanların sayı - 12 MİNİ KEÇDİ
    08:06 9 Fev 2023
  • "Grand Motors Company" işçi axtarır - MAAŞ 1000 MANAT - VAKANSİYA
    21:17 8 Fev 2023
  • Dövlət qurumu işçilər axtarır - VAKANSİYALAR
    21:08 8 Fev 2023
  • Azərbaycan şirkəti işçi axtarır - MAAŞ 1200-1500 MANAT- VAKANSİYA
    21:03 8 Fev 2023
  • "Azər Türk Bank" işçi axtarır - VAKANSİYA
    20:57 8 Fev 2023
  • "Yapi Kredi Bank Azərbaycan" işçilər axtarır - VAKANSİYALAR
    20:48 8 Fev 2023
  • Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı - 9 MİN NƏFƏRİ KEÇDİ
    19:34 8 Fev 2023
  • Ermənistanla İran Laçın və Qubadlıya - HÜCUMA HAZIRLAŞIR
    19:32 8 Fev 2023
  • "Bakcell"dən Türkiyəyə dəstək - XÜSUSİ AVADANLIQLAR GÖNDƏRDİ
    19:09 8 Fev 2023
  • Zəlzələdən zərərçəkənlərə ABB mobile-la yardım imkanı!
    19:01 8 Fev 2023
  • Türkiyədə zərərçəkənlərə humanitar yardım kampaniyasına - “CƏNUB TAXİ 1635” ŞİRKƏTİ DƏ QOŞULDU
    18:34 8 Fev 2023
  • DİQQƏT! AFAD-a ianə etmək üçün görüntüdə qeyd olunan addımları izləyin! - VİDEO
    18:06 8 Fev 2023
  • Dolların sabaha olan məzənnəsi - AÇIQLANDI
    17:58 8 Fev 2023
  • "Azərsu": "Şaxtalı günlərdə sıradan çıxan su sayğacları abunəçilərin hesabına əvəzlənəcək"
    17:51 8 Fev 2023
  • "Azdizayn Group" şirkəti - ŞİRKƏTİ MƏHKƏMƏYƏ - VERİLDİ - SƏBƏB
    17:44 8 Fev 2023
  • Azərbaycanda dövlət əmlakının özəlləşdirilməsindən büdcəyə daxil olan vəsait - AÇIQLANIB
    17:43 8 Fev 2023
  • Hatayda dəniz səviyyəsi qalxdı, sahildəki binalar boşaldıldı - FOTO
    17:38 8 Fev 2023
  • "Liqui Moly" satış mağazasına təcili işçi axtarır - VAKANSİYA
    17:34 8 Fev 2023
  • "Şimal Servis" bu qurumdan 900 min manatlıq – SİFARİŞ ALIR
    17:34 8 Fev 2023
  • Dövlət qurumu ofis icarəsi üçün fiziki şəxsə 426,9 min manat ödəyəcək
    17:27 8 Fev 2023
  • Təcili: Bəzi məhsullar gömrük rüsumundan azad edildi – YENİ QƏRAR
    17:24 8 Fev 2023
  • Unibank: Türkiyəyə ianə köçürmələrindən - VERGİ VƏ KOMİSSİYA TUTULMUR
    17:19 8 Fev 2023
  • Dövlət qurumu təmizlik işləri ilə bağlı - TENDER ELAN ETDİ
    17:18 8 Fev 2023
  • Dövlət Əmək Müfəttişliyi bina sahəsi - İCARƏYƏ GÖTÜRÜR
    17:12 8 Fev 2023
  • Naxçıvan DYP-yə yeni rəis - TƏYİN OLUNDU
    17:12 8 Fev 2023
  • Nazirlikdən pensiya artımı ilə bağlı - AÇIQLAMA
    17:03 8 Fev 2023
  • «STATUS Sığorta Brokeri» daha bir ili – ZƏRƏRLƏ BAŞA VURUB – KAPİTALI MƏNFİYƏ DÜŞÜB - HESABAT
    16:57 8 Fev 2023
  • “Azərpoçt” Türkiyədəki zəlzələ ilə bağlı AFAD-a edilən ianələrdən - KOMİSSİYA TUTMAYACAQ
    16:49 8 Fev 2023
  • Azərbaycan Dünya Bankı ilə potensial investisiya layihələrini müzakirə edib - FOTO
    16:39 8 Fev 2023
  • İnnovasiyalar Mərkəzi – AUDİTOR SEÇİR
    16:38 8 Fev 2023
  • İcra Hakimiyyəti Novruz bayramının keçirilməsi ilə bağlı - KOTİROVKA ELAN ETDİ
    16:29 8 Fev 2023
  • Ərdoğan İlham Əliyevə - TƏŞƏKKÜR EDİB
    16:29 8 Fev 2023
  • İlham Əliyev Türkiyəyə yardım ilə bağlı Administarasiya rəhbərinə - TAPŞIRIQ VERDİ
    16:24 8 Fev 2023
  • İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində bu şirkətə 5 milyonluq sifariş - TENDER NƏTİCƏSİ
    16:19 8 Fev 2023
Bütün xəbərlər

SOSİAL MEDİA

logo-modal
Fed.az

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin 24.11.2022-ci il tarixli Media Reyestri Şəhadətnaməsi əsasında dövlət qeydiyyatına alınmışdır

  • Son Xəbərlər
  • Maliyyə
  • Biznes
  • İqtisadiyyat
  • Sosial
  • Maraqlı
  • Regionlar
  • Əmlak
  • Digər
  • Əlaqə
  • Arxiv
  • Haqqımızda
  • 070 241-00-10
  • [email protected]
  • Bakı şəhəri, Mir Cəlal küçəsi 3

© 2016 - 2023 FED.az | Xəbərlərdən istifadə edərkən istinad mütləqdir!