Banner
Banner
Fed.az
Banner
  • Son Xəbərlər
  • Maliyyə
    • Bank
    • Qeyri-Bank
    • Sığorta
    • Birja
    • Renkinqlər
    • Təlimlər
  • Biznes
    • İnvestisiya
    • İnşaat və əmlak
    • Turizm
    • Avto
    • Tenderlər
    • Biznes təkliflər
    • Vergilər
  • İqtisadiyyat
    • Sənaye
    • Energetika
    • Aqrar
    • Nəqliyyat
    • Makro
    • Dövlət
    • İKT
  • Sosial
    • Hadisə
    • Təhsil və elm
    • Sağlamlıq
    • Sosial
    • İdman
    • Ekologiya
  • Maraqlı
    • Ləzzətli yol xəritəsi
    • Style
    • Status
    • Startaplar
    • Vakansiyalar
    • Məhkəmələr
  • Regionlar
    • Abşeron iqtisadi rayonu
    • Aran iqtisadi rayonu
    • Dağlıq Şirvan iqtisadi rayonu
    • Gəncə-Qazax iqtisadi rayonu
    • Quba-Xaçmaz iqtisadi rayonu
    • Lənkəran iqtisadi rayonu
    • Şəki-Zaqatala iqtisadi rayonu
    • Yuxarı Qarabağ iqtisadi rayonu
    • Kəlbəcər-Laçın iqtisadi rayonu
    • Naxçıvan iqtisadi rayonu
  • Əmlak
    • Mənzil və villalar
    • Kommersiya obyektləri
    • Torpaq sahələri
    • Turizm obyektləri
  • Digər
    • Statistika
    • Hesabatlar
    • Hüquq
    • Biznes tarixi
    • Kitabxana
    • Ağılı sərmayə
    • Qarabağ
    • Boya istehsalçıları
    • Mebel istehsalçıları
  • Az
    • Az
    • Ru
Banner

İKT

  1. Ana səhifə
  2. İKT
  1. İKT

Amerikalı investor və iş adamı: “Fantastik Azərbaycan” dövrü başlayır - MÜSAHİBƏ

Amerikalı investor və iş adamı: “Fantastik Azərbaycan” dövrü başlayır - MÜSAHİBƏ | FED.az
09:58 24 Dek 2022

Dünyanın qabaqcıl ölkələrində baş verən rəqəmsallaşma prosesləri Azərbaycandan da yan keçmir. Bu istiqamətdə bir sıra böyük layihələr həyata keçirilir və əminliklə demək olar ki, qarşıdan gələn 2023-cü ildə rəqəmsal texnologiyalardan istifadə daha da intensivləşəcək və ölkə iqtisadiyyatı üçün yeni imkanlar yaradacaq.

Müsahibimiz Yan Purijanski (Jon Purizhansky) bir sıra böyük beynəlxalq işgüzar layihələrin müəllifi və rəhbəridir. İsrail və ABŞ vətəndaşıdır. İxtisasca hüquqşünasdır. Bir sıra böyük şirkətlərin səhmdarıdır. Biznes fəaliyyəti İsrail, Kanada, İngiltərə, ABŞ, Baltik və Balkan ölkələrini əhatə edir. Çoxşaxəli fəaliyyətinin bir mühüm ümumi cəhəti var: rəqəmsal texnologiyaların tətbiq edilməsi sayəsində korporativ sosial məsuliyyətin təmin olunması.

Yan Purijanski ilə görüşüb müsahibə almağı hamımızın “Rekviem”, “Pəncərə”, “Batmış gəminin mahnısı”, “Neylərəm” və digər musiqi əsərlərinin müəllifi kimi tanıdığımız bəstəkar-şair Rasim Müzəffərli təşkil etdi. Rasim müəllimin naşir, fəlsəfəçi-alim və bir vaxtlar hətta bankir olduğunu da bilirdim. İnformasiya texnologiyaları sahəsində bir sıra innovativ layihələr üzərində artıq 20 ildir çalışdığı isə mənim üçün tam sürpriz oldu. Amma yəqin ki, bu, ayrıca söhbətin mövzusudur...

Beləliklə, FED.AZ-ın qonağı İsrail-Amerika hüquqşünası, iş adamı və investor Yan Purijanski ilə söhbətə onun xoş niyyətinin səbəbi haqda soruşmaqla başlayırıq.

- Cənab Purijanski, necə oldu ki, Azərbaycana gəlmək və burada iş qurmaq qərarına gəldiniz?

- Həyat yoldaşım Bakıda anadan olmuş yahudi əsilli azərbaycanlıdır. Burada qohumlarımız, dostlarımız var. Odur ki, Bakı ilə daim əlaqəmiz olub, Azərbaycanda baş verən proseslərlə həmişə maraqlanmışıq, uğurlarınıza, xüsusən iki il əvvəlki Böyük Zəfərə biz də ürəkdən sevinmişik. Dostlarımın dəvətilə bu il iki dəfə Bakıda oldum və özümü doğma və əziz bir yerdəki kimi çox rahat və xoşhal hiss etdim.

Digər tərəfdən, dünyanın bir çox ölkələrində iqtisadi-maliyyə böhranları yaşandığı bir məqamda, Azərbaycanda böyük inkişaf baş verdiyinin, xüsusən də Zəfərdən sonra, münbit investisiya mühitinin yaranmasının şahidi oldum. Biznes tərəfdaşlarımla, iş yoldaşlarımla məsləhətləşdik və belə qənaətə gəldik ki, ən son rəqəmsal texnologiyaların Azərbaycanda geniş tətbiq olunması sahəsində buraya investisiyaların cəlb olunmasında faydalı və səmərəli fəaliyyət göstərə bilərik. İlkin olaraq, “CrediVault” və “Joblio” şirkətlərini, daha sonra isə sıx əməkdaşlıq etdiyim və Azərbaycanda səmərəli çalışa biləcək bir sıra digər şirkətləri də Azərbaycana gətirməyi düşünürəm. 

- Adlarını çəkdiyiniz bu şirkətlərin fəaliyyət istiqamətləri nədən ibarətdir? 

- “CrediVault” – innovasiyalar, süni intelekt, yeni rəqəmsal texnologiyalar və həllər sahəsində ixtisaslaşmış beynəlxalq şirkətdir. 70-dən çox yüksək ixtisaslı proqramçılardan ibarət komandamız var. Əsas məhsulumuz CrediVault adlanan təhlükəsiz blokçeyn platformasıdır. Onun tətbiq olunması həm mövcud texnoloji sistemlərdən daha ucuz başa gəlir, həm informasiya təhlükəsizliyini, şəffaflığı və istifadəçi hüquqlarının qorunmasını təmin edir, həm də texnoloji firildaqların və dələduzluqların qarşısını alır. Konseptual olaraq, CrediVault platforması – hər bir insanın həyatında doğumdan ölümə qədər baş verən bütün mühüm hadisələrin, blokçeyn texnologiyası əsasında sistemli şəkildə yazılaraq, rəqəmsallaşması və bu hadisələrin dəyişməz, şəffaf və əbədi bir reyestrə çevrilməsi deməkdir.

Azərbaycanın Cənubi Qafqazda və bütövlükdə regionda ənənəvi güc mərkəzi olmasını və Prezident İlham Əliyevin ölkə iqtisadiyyatını sürətləndirmək üçün rəqəmsal transformasiyaya xüsusi diqqət göstərməsini nəzərə alsaq, Azərbaycan CrediVault-un genişlənməsi üçün mükəmməl yerdir. Dünyada əsas maliyyə və texnoloji mərkəzlərdən biri kimi ölkənin önə çıxmaq imkanı var və biz bu işdə ona kömək edəcəyik. 

“Joblio” şirkəti isə əmək miqrasiyası sahəsində fəaliyyət göstərir. Biz müxtəlif peşə sahiblərinə xaricdə qısa və orta müddətli iş təklif edirik. Böyük korporasiyalarla əməkdaşlıq etdiyimizə görə, iş üçün müraciət edənlərə pulsuz xidmət göstəririk, öncədən heç bir ödəniş tələb etmirik, işçilərin sığortalı və təhlükəsiz işlə təmin olunmasını həyata keçiririk. 

- Bu sahə və şirkətlərlə bağlı Azərbaycanda hansı hədəfləriniz var? 

- Bizim beynəlxalq sənaye, maliyyə və texnologiya ekspertləri komandamız Azərbaycanın rəqəmsal transformasiyasını sürətləndirməyi və rəqəmsal qeydlər üçün dünyanın ən etibarlı reyestrinə çevrilməyini hədəfləyir. Hal-hazırda Azərbaycanda da beynəlxalq komanda formalaşdırırıq. Komandamızın yüksək ixtisaslı bəzi mütəxəssisləri artıq Bakıdadırlar. Azərbaycanın rəqəmsallaşmasına, ən qabaqcıl informasiya texnologiyalarına yiyələnməsinə öz töhfəmizi vermək istəyirik. Çalışdığımız sahələrdə Azərbaycan regionda 1-ci olacaq və tam əminəm ki, ən yaxın gələcəkdə bu sahələr üzrə dünyada 10 lider ölkədən birinə çevriləcək.

- Cənab Purijanski,  Azərbaycanın 2023-cü ilini necə görürsünüz? 

- Quruculuq və yenə quruculuq! Azərbaycana gələn xarici şirkətlərin və investisiyaların əhəmiyyətli dərəcədə artacağını əminliklə demək olar. Mən 2023-cü ili “Fantastik Azərbaycan” dövrünün başlanğıcı hesab edirəm. Sizin İlham Əliyev kimi qurucu, yenilikçi və müzəffər Prezidentiniz var! Fürsətdən istifadə edib, onu doğum günü münasibətilə ürəkdən təbrik edirəm. Azərbaycana və onun hər bir vətəndaşına əminamanlıq, şərəfli və bərəkətli yeni il arzulayıram. 

- Çox sağ olun. Maraqlı söhbətə, xoş arzulara görə sizə və bu söhbəti təşkil etdiyinə görə Rasim Müzəffərliyə təşəkkürümü bildirirəm. Arzu edirəm ki, 2023-cü il həm də rəqəmsal texnologiyaların İsrail-Amerika-Azərbaycan ortaq tətbiqi ili olsun.

Amerikalı investor və iş adamı: “Fantastik Azərbaycan” dövrü başlayır - [red]MÜSAHİBƏ[/red] | FED.azAmerikalı investor və iş adamı: “Fantastik Azərbaycan” dövrü başlayır - [red]MÜSAHİBƏ[/red] | FED.azAmerikalı investor və iş adamı: “Fantastik Azərbaycan” dövrü başlayır - [red]MÜSAHİBƏ[/red] | FED.azAmerikalı investor və iş adamı: “Fantastik Azərbaycan” dövrü başlayır - [red]MÜSAHİBƏ[/red] | FED.azAmerikalı investor və iş adamı: “Fantastik Azərbaycan” dövrü başlayır - [red]MÜSAHİBƏ[/red] | FED.az
Banner
Banner
  • Yan Purijanski
  • Jon Purizhansky
  • CrediVault
  • Joblio
Paylaş

Digər xəbərlər

Bakıda İKT üzrə təqaüd proqramına qeydiyyat başladı - 3000 nəfərin təhsil haqları ödəniləcək
İKT 31 Yan 2023
Bakıda İKT üzrə təqaüd proqramına qeydiyyat başladı - 3000 nəfərin təhsil haqları ödəniləcək
Azərbaycanda banklar və əhali üçün - Ən Böyük Kiber Təhlükələr Açıqlanıb
İKT 31 Yan 2023
Azərbaycanda banklar və əhali üçün - Ən Böyük Kiber Təhlükələr Açıqlanıb
«Kartı cibimizdən çıxarmazldan əvvəl riksləri düşünməliyik» - KART SAHİBLƏRİNƏ TÖVSİYƏLƏR
İKT 31 Yan 2023
«Kartı cibimizdən çıxarmazldan əvvəl riksləri düşünməliyik» - KART SAHİBLƏRİNƏ TÖVSİYƏLƏR
“AzInTelecom” MMC Elm və Təhsil Nazirliyinə İT audit və  Kibertəhlükəsizlik üzrə konsultinq - XİDMƏTİ GÖSTƏRİB
İKT 31 Yan 2023
“AzInTelecom” MMC Elm və Təhsil Nazirliyinə İT audit və  Kibertəhlükəsizlik üzrə konsultinq - XİDMƏTİ GÖSTƏRİB
«Philips» şirkəti 6 min işçisini – İXTİSAR EDƏCƏK
İKT 31 Yan 2023
«Philips» şirkəti 6 min işçisini – İXTİSAR EDƏCƏK
ABŞ-dan “Huawei” şirkətinə daha bir qadağa - YENİ QƏRAR
İKT 31 Yan 2023
ABŞ-dan “Huawei” şirkətinə daha bir qadağa - YENİ QƏRAR
Xaricdən gətirdiyiniz telefonlara görə cərimələnə bilərsiniz - BU TARİXDƏN
İKT 30 Yan 2023
Xaricdən gətirdiyiniz telefonlara görə cərimələnə bilərsiniz - BU TARİXDƏN
"Google"un yeni funksiyası ilə işlənmiş avtomobillər siyahıya alınacaq - FOTO
İKT 30 Yan 2023
"Google"un yeni funksiyası ilə işlənmiş avtomobillər siyahıya alınacaq - FOTO
Dünyanın ən çox ziyarət edilən internet saytları - MƏLUM OLUB
İKT 30 Yan 2023
Dünyanın ən çox ziyarət edilən internet saytları - MƏLUM OLUB
Azərbaycana şəxsi istifadə üçün gətirilən - TELEFONLARDAN DA GÖMRÜK RÜSUMU TUTULACAQ - YENİLİK
İKT 30 Yan 2023
Azərbaycana şəxsi istifadə üçün gətirilən - TELEFONLARDAN DA GÖMRÜK RÜSUMU TUTULACAQ - YENİLİK
Anlamaq çətindir, itirmək asan: KRİPTOVALYUTADA HANSI RİSKLƏR VAR? – 5 VACİB TÖVSİYƏ
İKT 30 Yan 2023
Anlamaq çətindir, itirmək asan: KRİPTOVALYUTADA HANSI RİSKLƏR VAR? – 5 VACİB TÖVSİYƏ
“Samsung” Azərbaycanın telefon bazarında - “APPLE”İ QABAQLADI
İKT 30 Yan 2023
“Samsung” Azərbaycanın telefon bazarında - “APPLE”İ QABAQLADI
Banner
Banner
Banner
Banner
Banner
Banner
Banner
Banner

XƏBƏR LENTİ

  • Bu texniki səhvin «Bolmart»a aidiyyəti yoxdur – İSTEHSALÇI ŞİRKƏTDƏN AÇIQLAMA - FOTO
    19:02 31 Yan 2023
  • Rabitəbankda - 3 YENİ TƏYİNAT OLUB!
    18:44 31 Yan 2023
  • Şirkət kommersiya sirrini - NECƏ QORUMALIDIR?
    18:37 31 Yan 2023
  • 48 işə baxılıb, 6,5 milyon manata yaxın sanksiya tətbiq edilib - ANTİİNHİSAR VƏ HAQSIZ RƏQABƏT
    18:31 31 Yan 2023
  • Azərbaycan Dəmir Yolları: "Gediş haqqının dəyişdirilməsi nəzərdə tutulmayıb"
    18:22 31 Yan 2023
  • Dəyəri 15 min manatdan artıq olan zinət əşyalarının alqı-satqısı - NAĞDSIZ OLACAQ
    18:15 31 Yan 2023
  • Elektron satınalmaların ümumi satınalmalarda payı məbləğ üzrə - 18,8% TƏŞKİL EDİB
    18:10 31 Yan 2023
  • Azərbaycanda yeni cərimələr müəyyənləşdi - 1000-1500 Manatdan 40-50 Min manatadək - SİYAHI - MƏBLƏĞLƏR
    18:05 31 Yan 2023
  • “Mətanət-A” Şirkəti məhkəməyə verildi
    18:04 31 Yan 2023
  • PASHA Holding-in yeni açılan hotelinə rəhbər - TƏYİN EDİLİB
    18:00 31 Yan 2023
  • Azərbaycanda hədəfli maliyyə sanksiyalarına dair internet informasiya ehtiyatı - YARADILACAQ
    17:55 31 Yan 2023
  • Məbləği 15 min manatdan artıq olan evlər - NAĞDSIZ ALINACAQ
    17:48 31 Yan 2023
  • Naxçıvanın prokuroru vəzifəsindən azad edildi - SƏRƏNCAM
    17:39 31 Yan 2023
  • Dövlət İmtahan Mərkəzi - TENDER ELAN ETDİ
    17:35 31 Yan 2023
  • Milli valyutanın transsərhəd daşınmasının dayandırılmasına dair - QAYDALAR HAZIRLANACAQ
    17:35 31 Yan 2023
  • Terrorçuluğun maliyyələşdirilməsinə qarşı qanunvericiliyin pozulmasına görə yeni cərimələr müəyyənləşib - MƏBLƏĞLƏR
    17:29 31 Yan 2023
  • Dövlət qurumu kompüterlər, noutbuklar və digər qurğular alır – TENDER ELANI
    17:26 31 Yan 2023
  • DOST Agentliyi bina icarəyə götürür – TENDER ELANI
    17:20 31 Yan 2023
  • Prezidentdən terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunun tətbiqi barədə - FƏRMAN
    17:18 31 Yan 2023
  • Dolların sabaha olan məzənnəsi - AÇIQLANDI
    17:15 31 Yan 2023
  • Azərbaycanda ilk dəfə sualtı - Kabellərin İstehsalı Başlayıb
    17:07 31 Yan 2023
  • Dövlət qurumu anbar icarəsi üçün fiziki şəxsə 417 min manat ödəyəcək
    16:59 31 Yan 2023
  • Mərkəzi Bank “Nağd pul ofisi”nin iş günlərinin sayını - ARTIRIB
    16:57 31 Yan 2023
  • Dövlət qurumu anbar icarəsi üçün fiziki şəxsə 22,3 min manat ödəyəcək
    16:52 31 Yan 2023
  • AMB bankların dollara tələbinin azalmasının səbəbini - AÇIQLAYIB
    16:51 31 Yan 2023
  • Kredit təşkilatlarına yerləşdirilmiş əmanət və depozitlərin - 48%-İ XARİCİ VALYUTADADIR
    16:46 31 Yan 2023
  • Bakı-Sumqayıt avtobus marşrutlarında bir gediş üzrə qiymət 60 qəpik təsdiq edilib - CƏDVƏL
    16:41 31 Yan 2023
  • "AVT Logistics" şirkəti - MƏHKƏMƏYƏ VERİLİB
    16:39 31 Yan 2023
  • Yoluxanların bu günə olan - SAYI AÇIQLANDI - 4 NƏFƏR VƏFAT ETDİ
    16:36 31 Yan 2023
  • “A Agro” şirkəti - MƏHKƏMƏYƏ VERİLİB
    16:31 31 Yan 2023
  • Tarif Şurası metro və avtobuslarda gediş haqqını - NİYƏ QALDIRDIĞINI AÇIQLADI
    16:31 31 Yan 2023
  • "Fiber Karton" şirkəti məhkəməyə verilib
    16:25 31 Yan 2023
  • Tarif Şurası: 48 dərmanın qiyməti təsdiq edilib - 31-nin qiyməti dəyişib
    16:25 31 Yan 2023
  • Avtobus və metroda gedişhaqqı ilə bağlı diferensial tarif yanaşması - TƏTBİQ EDİLƏCƏK
    16:21 31 Yan 2023
  • Bakıda İKT üzrə təqaüd proqramına qeydiyyat başladı - 3000 nəfərin təhsil haqları ödəniləcək
    16:16 31 Yan 2023
  • “Poz-Qazan” oyunlarında yanvarda - 7 BÖYÜK UDUŞ QAZANILDI
    16:11 31 Yan 2023
  • Metro və avtobuslarda - GEDİŞ HAQQI ARTIRILDI - MƏBLƏĞLƏR - RƏSMİ
    16:05 31 Yan 2023
  • İştirakçıların yarısı sığorta attestasiyandan keçə bilmədi - ADLAR
    15:59 31 Yan 2023
  • "Baku Süd Co" şirkəti - MƏHKƏMƏYƏ VERİLİB
    15:49 31 Yan 2023
  • Türkiyə bu il 60 milyon turist - 56 milyard dollar gəlir hədəfləyir
    15:45 31 Yan 2023
  • “Amexline Azərbaycan” şirkəti - MƏHKƏMƏYƏ VERİLİB
    15:44 31 Yan 2023
  • "Unibank" ötən il biznes kreditləşməsini - KƏSKİN ARTIRIB
    15:37 31 Yan 2023
  • "Azəralüminium"dan - TENDER ELANI
    15:34 31 Yan 2023
  • Azərbaycanda pambıq üzrə məhsuldarlıq göstəricisi - 2,42 SENTNER ARTIB
    15:31 31 Yan 2023
  • Böyük Britaniya audit şəbəkəsinin Azərbaycandakı qolunun - RƏHBƏRİ DƏYİŞİB
    15:23 31 Yan 2023
  • "Azərsu" bu şirkətə 735 minlik boru sifarişi verdi - TENDER NƏTİCƏSİ
    15:16 31 Yan 2023
  • Bu evlərə "kupça" verilməyəcək - Bəzi sənədsiz evlərə güzəştlər ediləcək - RƏSMİ AÇIQLAMA - VİDEO
    15:15 31 Yan 2023
  • "SalamNews" informasiya agentliyi və “İnteraz”da əməliyyat keçirilib - 7 NƏFƏR SAXLANILDI
    15:06 31 Yan 2023
  • Azərbaycanda bütün - Dövlət Satınalmaları Elektronlaşdırılacaq
    14:57 31 Yan 2023
  • Makronun reytinqi bir ayda - 5 FAİZ AŞAĞI DÜŞÜB
    14:54 31 Yan 2023
  • Ağstafada bələdiyyə sədrinə qarşı - CİNAYƏT İŞİ BAŞLANILIB
    14:45 31 Yan 2023
  • Qaradağ Tibb Mərkəzi – TENDER ELAN ETDİ
    14:38 31 Yan 2023
  • Biznes sahibləri üçün Yelo mobil tətbiqində - YENİLİK
    14:38 31 Yan 2023
  • FHN “İon Tikinti” MMC-yə verilmiş lisenziyanı - LƏĞV ETDİ - AÇIQLAMA
    14:35 31 Yan 2023
  • Türkiyənin turizm gəlirləri 53%, xərcləri isə - 2 DƏFƏDƏN ÇOX ARTIB
    14:30 31 Yan 2023
  • “MeqaSığorta” ötən ili uğursuz başa vurdu - YIĞIMLAR YENƏ AZALDI   
    14:28 31 Yan 2023
  • Elektrotexniki avadanlıqların alınması ilə bağlı – BÖYÜK TENDER ELANI
    14:27 31 Yan 2023
  • Bakıda daha bir bina sökülür - FOTO
    14:26 31 Yan 2023
  • Azərbaycanda da biznesi olan Türkiyə şirkətinin - BAŞ DİREKTORU DƏYİŞİR
    14:20 31 Yan 2023
  • DTX media qurumlarına - XƏBƏRDARLIQ ETDİ
    14:15 31 Yan 2023
Bütün xəbərlər

SOSİAL MEDİA

logo-modal
Fed.az

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin 24.11.2022-ci il tarixli Media Reyestri Şəhadətnaməsi əsasında dövlət qeydiyyatına alınmışdır

  • Son Xəbərlər
  • Maliyyə
  • Biznes
  • İqtisadiyyat
  • Sosial
  • Maraqlı
  • Regionlar
  • Əmlak
  • Digər
  • Əlaqə
  • Arxiv
  • Haqqımızda
  • 070 241-00-10
  • [email protected]
  • Bakı şəhəri, Mir Cəlal küçəsi 3

© 2016 - 2023 FED.az | Xəbərlərdən istifadə edərkən istinad mütləqdir!