“Amazon” 2012-ci ildə ABŞ-ın “Wickr” şirkəti tərəfindən yaradılan eyniadlı şifrəli mesajlaşma tətbiqetməsini satın alıb.
Eləcə də bax: İqtisadiyyat Nazirliyi: “WhatsApp”ın yeni istifadə qaydaları - Qanunu Pozmur
FED.az xəbər verir ki, bu barədə “Techspot” məlumat verib.
Sövdələşmənin məbləği açıqlanmır.
“Wickr” – “WhatsApp” və “Signal”a bənzər şəkildə şifrələnmiş rabitə texnologiyasına sahib mesajlaşmadır.
“Amazon”dan xüsusilə COVID-19 pandemiyası səbəbindən “hibrid” iş şəraitinə keçməsi ilə təhlükəsiz kommunikasiyaya ehtiyacın artdığı qeyd edilib. Şirkətin vitse-prezidenti və informasiya təhlükəsizliyi üzrə direktoru Stiven Şmidt “Wickr”in ən etibarlı “ucdan uca” şifrələnmiş rabitə texnologiyası hazırladığını söyləyib.
İndi “Wickr” tətbiqindən həm dövlət şirkətləri, həm də korporativ şirkətlər istifadə edir. (Report)