Amazon, Anthropic ilə birgə dünyanın ən güclü süni intellekt superkompüterlərindən birini yaradır.
“Amazon” “OpenAI”ın rəqibinə daha 4 milyard dollar sərmayə qoyur
FED.az xəbər verir ki, bu sistem hazırkı Anthropic modelini hazırlayan klasterdən 5 dəfə böyük olacaq. Superkompüterdə Amazon-un ən son "Trainium 2" çipi istifadə ediləcək və dünyanın ən böyük süni intellekt maşını kimi təqdim ediləcək.
Amazon Web Services-in rəhbəri Matt Garman, Las Veqasda keçirilən Re:Invent konfransında "Rainer" layihəsini və yeni "Trainium 3" çipini təqdim edib. "Trainium 3" çipi dörd qat daha yüksək performans göstərəcək və 2025-ci ilin sonunda istifadəyə veriləcək.
Garman bildirib ki, yeni AWS klasterləri Nvidia GPU-larına əsaslanan sistemlərdən 30-40% daha ucuzdur. Şirkət həmçinin daha sürətli və sərfəli süni intellekt modelləri hazırlamaq üçün yeni alətlər təqdim edib. Bu addımlar Amazon-un süni intellekt bazarındakı mövqeyini gücləndirir.