İnternet qiqant Google biznes analitika platforması olan Looker şirkətini 2,6 milyard dollara almaqda razılığa gəlib. Razılaşmanın son imza tarixi ilin sonuna gözlənilir. Analitiklər Google şirkətinin səhmlərindən 28% artım gözləyirlər.
Looker böyük həcmli məlumatların vizualizasiya olunması və biznes analitikası ilə məşğul olur. Bu servislə dünyada böyük bizneslər və KİV nümayəndələri aktiv istifadə edirlər. Anlaşmadan sonra Looker Google cloud sisteminə qoşulacaq.
Razılaşma iki şikrətin cari razılaşması əsasında baş verib belə ki, şirkətlər birlikdə 350 - dən çox müştəriyə xidmət göstərirlər. Google cloud sisteminin rəhbəri Tomas Kurian verdiyi müsahibədə onların müştəriləri siyahısında Buzzfeed, Hearst, King, Sunrun, Wpp Essence və Yahoo! kimi media şirkətlər var.
Lookerin əsas üstünlüyü müştərilərə yeni yaranmış tendensiyaları və digər vacib informasiyanı vizualizasiya etmək şansı verməsidir. Şirkət Tableau və Microsoft- un MSFT.O Povver Bi kimi platformaları ilə rəqabət aparır.
Google - la birləşmək müştərilərə data kompleksli analtika təklif edəcək - məlumatların alınması və inteqrasiya olunması və əvvəlcədən daxil olunmuş analitika və vizualizasiya. Bu sahibkarlara daha çox süni intelek, robotlaşma və analitikada yeni imkanlar yaradacaq.
Ekspert fikri
"Bu yaradılmış platforma əsl vizualizasiya instrumentidir və Google cloud - a daxil edilməsi onu göstərirki şirkət bu platformaya çox ciddi baxır" Constellation Research - un analtiki Rey Vanq "bulud" industriyası haqda fikirlərində deyib.
İDC - nin vitse prezidenti və baş analitiki Frank Qens - data analitikası biznesi çox sürətlə inkişaf etməkdə davam edir.
Wall Street analitikləri Alphabet İnc. şirkətinin səhmlərinin artması ehtimalının üstünlüyü haqda düşünürlər və onların fikrincə səhmlər 28% bahalaşaraq 1337 dollar dəyərinə çatacaq. 44 industriya ekspertlərindən 39 - u səhmləri almağı məsləhət görür.