Çinin internet ticarət meydançası olan «AliExpress» koronavirus səbəbindən sifarişlərin gecikəcəyini bildirib.
Eləcə də bax: "Evdən işləyəcəklər" - SOCAR koronaya görə işçilərini - EVƏ BURAXDI
FED.az xəbər verir ki, şirkətin açıqlamasına əsasən, virusa görə alıcıların bəzi sifarişləri əvvəlkindən daha gec çatdırılacaq.
«Biz çalışırıq ki, sizin gönərişlərinizi çatdıraq, amma koronavirusa görə, bəzi ləngimələr ola bilər»-deyə açıqlamada bildirilir.
Bununla yanaşı, şirkət xatırladır ki, Dünya Ticarət Səhiyyə Təşkilatı göndərilən bağlamaların özünü təhlükəsiz sayır. Amma sifarişlərin emalına əvvəlkindən daha böyük vaxt gedir.