Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasına (AKTA) yeni icraçı direktor təyin edilib.
DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinə direktor təyin edilib
FED.az xəbər verir ki, bu barədə assosiasiya məlumat verir.
Məlumata görə, bu vəzifə Rauf Cabarova həvalə edilib.
Bildirilir ki, həmçinin AKTA-nın operativ fəaliyyətinin və sistemli inkişafının təmin edilməsi məqsədilə təşkilat daxilində struktur dəyişikliyi aparılaraq, İcra Aparatı formalaşdırılıb.
Ümumi yığıncağın qərarına əsasən, İdarə Heyətinin sədr müavini Rauf Cabarov AKTA-nın icraçı direktoru vəzifəsinə təyin edilib.
Xatırladaq ki, bundan əvvəl R.Cabarov AKTA-nın İdarə heyətinin sədrinin müavini olub. O, bu vəzifədə Elvin Balacanovu əvəz edib. (Report)