"akart"ın keşbek faizləri 5%-dən 2%-dək azaldılıb.
FED.az xəbər verir ki, 09 fevral 2024-cü il tarixindən etibarən “akart” supermarket, aptek, YDM və avtoehtiyat hissələri mağazalarında edilən ödənişlərə 2% keşbek hesablanacaq.
Qeyd edək ki, hazırda bu kateqoriyalar üzrə 5% keşbek hesablanır. “akart”la hər kateqoriya üzrə ay ərzində 25 AZN keşbek qazanmaq mümkündür.