İKT

Afət Telmanqızı və Ləman Ələşrəfqızı - İNTERNET TV AÇIR

Afət Telmanqızı və Ləman Ələşrəfqızı - İNTERNET TV AÇIR | FED.az
13:11 20 May 2020

Bir müddət əvvəl REAL TV-dən ayrılan sabiq ANS-çilər: Afət Telmanqızı və Ləman Ələşrəfqızı yeni internet televiziyası açır.

Eləcə də bax: Azərbaycan TV-lərində islahat başlayır – İMZALANMA, TV-LƏRİN SİYAHISI - TAM MƏTN

FED.az xəbər verir ki, bu  barədə  A.Telmanqızı məlumat verib.

O bildirib ki, “LAF” TV mayın 28-də ilk yayımına başlayacaq: “Özümüz məhz bu tarixi seçmişik. Cümhuriyyətin yarandığı bu böyük gündə tamaşaçıların qarşısına çıxacağıq. İlk efirimizdə Cümhuriyyətlə bağlı reportajlar veriləcək. Eyni zamanda, bu mövzuda qonaqlarla söhbət aparacağıq. 

Bundan əlavə, efirimizdə daha çox sosial problemlərlə bağlı mövzulara toxunacağıq. Özümüzün və ekspertlərin şərhləri olacaq. Bundan əlavə, günün aktual problemlərini də müzakirə edəcəyik. Hələ ki, mən və Ləman efirdə olacağıq. Zamanla efir məkanında yer aldıqca komandamız da böyüyəcək”.

A.Telmanqızı, həmçinin kanalın adının “LAF” TV seçilməsindən də danışıb. O bildirib ki, ilk növbədə, bu onların adlarının baş hərfləridir: “Həm də bizdə bədii ədəbiyyatımızda uzun illər laf sözü işlədilib. Bu danışmaq deməkdir. Biz danışacağıq”.

Qafqazinfo

Digər xəbərlər

Banner