Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi (ADRA) fəaliyyətində innovativ həllərin, yeni texnologiyaların aktiv tətbiqi işini davam etdirir.
ADRA-nın müfəttişlərinin sahibkarlarla ünsiyyəti - KAMERAYA ÇƏKİLƏCƏK
FED.az bu barədə Dövlət Reklam Agentliyinə istinadən xəbər verir.
Açıq məkanda reklam sahəsində dünya təcrübəsinin öyrənilməsi və bu yöndə həyata keçirilən yeniliklərin araşdırılması nəticəsində Agentlik tərəfindən dövriyyəsinə xüsusi icazə alınmış uzun müddətli uçuş, eyni zamanda yüksək keyfiyyətli çəkiliş imkanına sahib pilotsuz uçuş aparatları (dronlar) əldə edilmişdir.
Ölkə ərazisində açıq məkanda reklam yayımı sahəsində tənzimləmə və nəzarət tədbirlərinin həyata keçirilməsində yeniliklərin tətbiqi, o cümlədən reklam bazarının ölçülməsi və onun iqtisadi fəallığının stimullaşdırılması, çətin görünən reklamların məsafədən aşkarlanması məqsədilə əldə olunan pilotsuz uçuş apatarlarının istifadəsinə başlanılır.
Dron çəkilişlərindən istifadə insan əməyi sərf etmədən hündürlükdə (binalar üzərində və s.) yerləşən reklam qurğularının dayanıqlılığı, bərkidici hissələrinin mövcud vəziyyəti haqda dəqiq məlumatları, müxtəlif relyefli ərazilərdə reklam qurğularının yerləşdirilməsi xəritəsinin hazırlanması üçün lazım olan foto-video materialları əldə etmək və bu kimi digər imkanlar yaradacaqdır.