Dövlət Reklam Agentliyi “Sədərək” ticarət mərkəzindəki insidentlə bağlı daha bir məlumat yayıb.
“Sədərək” Ticarət Mərkəzindəki reklamların sökülməsi ilə bağlı - ADRA-DAN RƏSMİ AÇIQLAMA
FED.az xəbər verir ki, məlumatda bildirilir ki, 13 oktyabr 2025-ci iltarixində Dövlət Reklam Agentliyinin əməkdaşları Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Sədərək” ticarət mərkəzində qeyd olunan qanunvericilik aktlarının icrası ilə əlaqədar, xidməti vəzifələrini yerinə yetirən zaman həmin vaxt sözügedən ərazidə olan bir qrup şəxs ictimai qaydanı kobud surətdə pozmaqla əməkdaşlarımıza qarşı zor tətbiq etmiş, həmçinin Agentliyə məxsus xidməti avtomobillərə ziyan vurmuşlar.