Banner

İKT

“Acer” yeni oyun “notebook”unu gələn ay - Satışa Çıxaracaq

“Acer” yeni oyun “notebook”unu gələn ay - Satışa Çıxaracaq | FED.az
17:35 13 Yan 2021

Notebook sənayesinin tanınmış nümayəndələrindən biri olan Acer, yeni nəsil oyun “noutbook”u  “Predator Triton 300 SE”ni təqdim edib.

FED.az Banker.az-a istinadən xəbər verir ki, dizaynı, çəkisi, incə quruluşu və texniki dolğunluğu ilə diqqət çəkməyi bacaran notebook qiyməti ilə bir çox oyuncunun seçimlərindən biri olacaq.

Acer Predator Triton 300 SE

İşıqlandırılmış klaviatura və loqotip bu cihazın oyunculara yönəldilmiş şəkildə hazırlandığını göstərir. “Predator Triton 300 SE”, 144 Hz yeniləmə sürəti təklif edən 14.4 düymlük FHD ekrana sahibdir.

“Acer”in verdiyi açıqlamalarda qiymət məsələsindən də bəhs edilib. Lakin şirkət bu qiymətin hansı variant üçün olduğunu qeyd etməyib. Buna görə, önümüzdəki aylarda satışa çıxarılacaq bu noutbukun qiyməti 1400 dollar olacaq. 

Banner

Digər xəbərlər