Tayvanın “Acer” şirkəti Ukraynada baş verən hadisələrin fonunda Rusiyadakı fəaliyyətini müvəqqəti olaraq dayandırır.
Eləcə də bax: “Intel” və “AMD” Rusiyaya tədarükü - DAYANDIRDILAR
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu barədə şirkətin rəsmi saytında deyilir.
“Acer son hadisələrlə əlaqədar Rusiyadakı fəaliyyətini dayandırmaq qərarına gəlib”, – deyə məlumatda bildirilir. Qeyd olunur ki, şirkət vəziyyəti “yaxından izləməyə” davam edir.