ABŞ Ticarət Nazirliyi “Huawei” şirkətinin lisenziyasının müddətini uzadaraq bu ölkənin istehsal etdiyi cihaz və avadanlıq almasına imkan aça bilər.
FED.az “RİA Novosti”yə istinadən xəbər verir ki, həmin güzəşt 90 gün müddətinə nəzərdə tutulur.
Xatırladaq ki, ABŞ administrasiyası sözügedən şirkəti Çin hərbi rəhbərliyi və kəşfiyyatı ilə əməkdaşlıqda ittiham edərək istifadəçiləri izləməməsindən də şübhələndiyini bildirib. Bununla bağlı Ağ Ev bir çox ölkələrə 5G mobil rabitə sisteminə keçən zaman “Huawei” avadanlıq və infrastrukturundan istifadə etməmələri üçün təzyiq edir.
May ayında ABŞ Ticarət Nazirliyi tərəfindən bu ölkənin texnologiyalarını əldə etmək imkanından məhrum edilənlərin “qara siyahı"sına salınan “Huawei” ABŞ-da yalnız müvafiq lisenziya əsasında işgüzar fəaliyyətinə yol verilənlər siyahısında da yer alıb.