ABŞ Konqresinin ofislərinə, DeepSeek adlı yeni bir Çinə aid chatbotu istifadə etməmələri barədə xəbərdarlıq edilib.
ABŞ Hərbi Dəniz Qüvvələri DeepSeek AI istifadənə - QADAĞA QOYDU
FED.az xəbər verir ki, ABŞ Nümayəndələr Palatasının Baş İdarəetmə Məmuru (CAO), bu texnologiyanın hələ icazəsiz olduğunu və DeepSeek-in rəsmi istifadəyə qadağan edildiyini bildirib. Bildirişdə, DeepSeek-in artıq "zərərli proqramlar çatdırmaq və cihazları yoluxdurmaq üçün pis niyyətli şəxslər tərəfindən istifadə edildiyi" deyilir. Bu riskləri azaltmaq məqsədilə, Palata DeepSeek-in funksionallığını məhdudlaşdırmaq üçün təhlükəsizlik tədbirləri görüb və əməkdaşların rəsmi telefonlar, kompüterlər və planşetlərdə bu tətbiqi quraşdırması qadağan edilib.
Bu, CAO-nun əməkdaşların süni intellekt məhsullarını istifadəsinə qoyduğu ilk məhdudiyyət deyil. 2023-cü ildə, ofis, ChatGPT-nin yalnız ödənişli versiyasının müəyyən tapşırıqlar üçün istifadə edilə biləcəyini bildirib. Keçən ilin aprelində isə, Microsoft Copilot-un istifadəsinə məhdudiyyət qoyulub, amma şirkət bu alətin dövlət orqanlarına uyğun versiyasını təqdim etməyi planlaşdırır.