«OpenAI» şirkətinin mühəndis heyəti bu sektorda ən yüksək maaş alanlar sırasındadır.
FED.az xəbər verir ki, Bloomberg-in son araşdırmasına görə, ixtisaslı ChatGPT inkişaf işçisi əmək haqqı, bonuslar və səhm bonusları daxil olmaqla, təxminən 800 000 ABŞ dolları məbləğində illik gəlir əldə edirlər.
Aparılan tədqiqatlar «OpenAI»nin süni intellekt sektorunda lider olduğunu təsdiqləyib. Məlum olub ki, «OpenAI»da yeni mühəndis və tədqiqatçılar NVIDIA kimi rəqiblərindən iki dəfə çox maaş alırdar.
Ümumiyyətlə, Bloomberg-in hesabatı göstərir ki, süni intellekt (Aİ) sahəsində işləməyi bacaran mühəndislər digər həmkarlarından 12,5% daha yüksək maaş alırlar.
Belə ki, «OpenAI»nın mühəndisləri təkcə maaş olaraq illik 200-450 min dollar qazanırlar. Bonuslar və səhm mükafatları da nəzərə alındıqda isə , müvəffəqiyyətli işçilər üçün ümumi illik kompensasiya təxminən 800 000 dollara, yəni ayda 67 000 dollara çatır.
Araşdırma göstərir ki, bu sahədə işəgötürənlərin ciddi çətinlikləri var. Məsələ təkcə həmin işçilərin əmək haqqının yüksək olmasında deyil. Rəqabət böyük olduğuna görə, belə işçiləri, xüsusilə də təcrübəliləri işdə saxlamaq da çətindir.
Çünki süni intellekt modellərinin nəzəri anlayışı ilə yanaşı praktiki bacarıqlara sahib olmaq da çox mühümdür.