Amerikanın «Forbes» jurnalı 6 yaşlı rus məktəbliyi Anastasiya Radzinskayanı ən çox pul qazanan YouTube-bloqerlərinin reytinqinə daxil edib. Anastasiya buna özünün «Like Nastya» kanalı sayəsində nail olub.
Eləcə də bax: Rusiyada "İnstaqram"dan ən cox - Pul Qazananlar - SİYAHI
FED.az xəbər verir ki, jurnalın məlumatına görə, 2020-ci ildə Anastasiya Radzinskaya Youtube-dən 18,5 milyon dollar qazanıb. Lnun kanalının 190 mily on avbunəçisi var, video roliklərinə isə 39 milyard dəfə baxış olub.
Bu videolarda Anastasiya və atası «Lego» oynayır, ev işləri ilə məşğul olur və viruslardan danışırlar. «Forbes»də onun kontentinin rəngarəngliyini və inandırıcılığını xüsusi qeyd ediblər.
Qeyd edək ki, bu uşaq Youtube-nin reytinqinə artıq ikinci dəfədir ki, düşür. 2019-cu ildə Anastasiya 18 milyon dollar qazancla reytinqdə 3-cü yeri tutmuşdu.
Bu il isə Youtube-də ən çox pul qazananların reytinqində birinci yeri illik 29,5 milyon dollar qazancla 9 yaşlı Rayan Kaci tutub. Jurnalın məlumatına görə, o qazancının böyük hissəsini «Ryan's World» brendi üzrə bağlanmış 5 mindən artıq müqavilə hesabına əldə edib.
Siyahıda ikinci yeri ildə 24 milyon dollar gəlirlə Cimmi Donaldson tutur. 3-cü yerdə isə «Dude Perfect» kanalının yaradıcıları gəlir, onların illik qazancı 23 milyon dollardır.