Çinin “Huawei” şirkətinin proqnozuna görə, süni intellekt və “5G” rabitəsinin inkişafı sayəsində 6 il sonra insanların əksəriyyəti robotlarla birgə yaşayacaq. Hər 7 nəfərdən biri ev robotuna malik olacaq.
FED.az İctnews - a istinadən xəbər verir ki, bu barədə“Huawei” şirkəti “Texnologiyaların gələcəyinə baxış” adlı hesabatını təqdim edib. Mühüm dəyişiklik odur ki, ev robotlarının sahibləri onları öz ailəsinin üzvü kimi qəbul edəcək. “Huawei” bu məqsədlə “geniş ailə” terminindən istifadə edir.
Çin şirkətinin proqnozuna görə, 2025-ci ilədək süni intellektdən istifadə edən 4 robot növü geniş yayılacaq: eşikağası, kompanyon, tibb bacısı və bionika (yəni bədənin ayrı-ayrı hissələrinin əvəzediciləri).
“Biz həyatda, işdə və cəmiyyətdə çox sürətli dəyişikliklərin baş verdiyini görürük, çünki hər bir sahədə süni intellekt, “5G”, bulud hesablamaları və başqa yeni texnologiyalar tətbiq edilir” – “Huawei”nin top-menecerlərindən biri Kevin Can deyib.