Banner

İKT

50%-dək endirimlər, əyləncəli konsert, maraqlı hədiyyələr – "KONTAKT HOME"UN BU MAĞAZASINDA ÜRƏYİNİZ AÇILACAQ

50%-dək endirimlər, əyləncəli konsert, maraqlı hədiyyələr – "KONTAKT HOME"UN BU MAĞAZASINDA ÜRƏYİNİZ AÇILACAQ | FED.az
11:25 5 Dek 2019

 6 dekabr saat 20:00-da Kontakt Home-un “Azadlıq Metrosu” mağazasının rəsmi açılış gecəsinə ailənizlə birgə gəlin. Çünki Kontakt Home-da hər açılış kiçikdən böyüyə hamının zövq alacağı bayram kimidir. Musiqiçi Santa Klauslar, uşaqlar üçün şar şousu, əyləncəli oyun və fotozonalar, hədiyyəli müsabiqələr, maraqlı texnoloji yeniliklər iş həftəsini bayram əhval-ruhiyyəsində tamamlamağa kömək olacaq. Açılışa özəl 50%-dək endirim və 24 ayadək hissə-hissə ödəniş kampaniyaları isə bu bayrama qatılmağınız üçün ekstra səbəb yaradacaq.

Eləcə də bax: 19 manata ütü, 89 manata smartfon, 199 manata televizor – “BLACK FRİDAY” ENDİRİMLƏRİ “KONTAKT HOME”DA

HƏR KƏS AXTARDIĞINI BU MAĞAZADA TAPA BİLƏR

FED.az xəbər verir ki, loft üslublu “Azadlıq Metrosu” mağazasının birinci mərtəbəsində rəqəmsal texnikanın, böyük və kiçik məişət texnikasının meqaçeşidi müştərilərə təqdim olunub. İkinci mərtəbəsi isə bütünlükdə mebel şöbəsi üçün ayrılıb. Burada istənilən zövqə, məkana və büdcəyə uyğun mebellərin böyük çeşidi müştərilərin ixtiyarındadır. Velosiped həvəskarları da axtardığını bu mağazada tapa biləcək. Onlar məşhur Cube və Trek brendlərinin ən yeni modellərini məhz “Azadlıq Metrosu” mağazasında görə bilərlər.

BU MAĞAZANI ÖZƏL EDƏN ZONALAR

Velosiped zonası kimi ziyarətçilərin marağını cəlb edəcək zonaların sayı çoxdur. Mi Zone-a ağıllı ev cihazlarını, telefonla idarə edilən çaydan, robot tozsoran, havatəmizləyici və rütubətləndirici kimi futuristik dizayn və funkionallıqlı qadcetləri, eləcə də brendin ən yeni və sevilən smartfon və aksesuarlarını test edə, onlarla yaxından tanış ola bilərsiniz. Oyun həvəskarısınızsa, PlayStation Zone-da sevdiyiniz oyunların dadını çıxara bilərsiniz. Yox, əgər soyuq qış aylarında ürəyinizdən sadəcə isti qəhvə keçirsə, yenə də Kontakt Home-a gələ bilərsiniz. Sizin üçün Delonghi Zone-da hər zaman yeni dəmlənmiş qəhvə var.

YALNIZ BU MAĞAZADA AÇILIŞA ÖZƏL 50%-DƏK ENDİRİMLƏR, CƏLBEDİCİ KAMPANİYALAR

Rəsmi açılışla əlaqədar “Azadlıq Metrosu” mağazasında 6-16 dekabr tarixlərində:

  • Bütün telefonları ilkin ödənişsiz və faizsiz 12 aylıq;
  • Bütün televizorlar və məişət texnikasını ilkin ödənişsiz və faizsiz 18 aylıq;
  • Bütün mebelləri isə ilkin ödənişsiz və faizsiz 24 aylıq

hissə-hissə ödənişlə əldə edə bilərsiniz.

Əlavə olaraq, bu tarixlərdə seçilmiş məhsulları 50%-dək endirimlə ala bilərsiniz. Belə ki, açılış münasibətilə və yalnız “Azadlıq Metrosu” mağazasında:

  • Keramik altlıqlı, buxarlı ütü 59,99 deyil, cəmi 19,99 manat;
  • 1600 Vt gücə malik, konteynerli Samsung tozsoranı 149,99 deyil, 99,99 manat;
  • 32” (81 sm) televizor açılış münasibətilə 359,99 deyil, 199,99 manata;
  • 6 kqlıq, 23 proqramlı Hoffmann paltaryuyanı 459,99 deyil, 329,99 manata;
  • Qonaq mebel dəsti 1128,99 deyil, cəmi 789,99 manat və ümumilikdə mebellərə nağd alışda 40%dək endirim şamil olunacaq.
  • Qeyd edək ki, Kontakt Homeun “Azadlıq Metrosu” mağazası eyniadlı metro stansiyasının çıxışında, Süleyman Sani Axundov küçəsində yerləşir.

Həftəsonu əyləncəsinə Kontakt Home-la başlayın, 6 dekabr saat 20:00-da “Azadlıq Metrosu” mağazasına gəlin, əyləncəyə qoşulun, cəlbedici endirim və kampaniyalardan yararlanın. Belə kampaniya yalnız Kontakt Home-da ola bilər!

Digər xəbərlər

Banner