Bir neçə ay ərzində internetdə gəzmiş şaiyələrə son qoyuldu. Belə ki, HMD Global şirkəti Barselonada keçirilən MWC 2019 sərgisində çoxdan gözlənilən 5 arxa kameralı Nokia 9 PureView smartfon modelini təqdim etdi. FED.az xəbər verir ki, bu smartfon şirkətin ilk cihazıdır ki, ekrana inteqrasiya edilmiş barmaq izi skanı texnologiyası ilə təchiz olunub. Lakin smartfonun əsas özəlliyi bunda deyil. Nokia 9 PureView modeli dünyanın 5 arxa kameralı ilk smartfon modelidir. Smartfonun dizaynı klassik formada hazrlanıb və o, monolit gövdəyə sahibdir. Smartfon həm arxa həm də ön paneldən Gorilla Glass 5 qoruyucu şüşəsi ilə örtülüb. Qeyd etmək lazımdır ki, sözügedən smartfonun flaqman olmasına baxmayaraq şirkət bu dəfə ekran üzərində çxıntı hissə dizaynından imtina edib.
Beləliklə Nokia 9 PureView 18.5:9 nisbətli Quad HD+ keyfyyətli 6 düym POLED PureDisplay ekranla təchiz olunub. Smartfonun ekranı həmçinin HDR10 ilə Always on Display funksiyasını dastəkləyir. İlk başda da dediyimiz kimi barmaq izi skanı texnologiyası birbaşa ekrana inteqrasiya edilib. Təbii ki, smartfonun ən maraqlı hissəsi onun arxa panelidir. Belə ki, arxa paneldə Zeiss markalı 5 ədəd kamera modulu yerləşir. 2 rəngli və 3 monoxrom kamera sensoru olmaqla ümumilikdə 5 arxa kamera modulu sinxron olaraq çalışır və beləliklə 10 dəfə daha artıq işığı əhatə edə bilir.
Nəticədə bu smartfon vasitəsilə çəkilmiş fotoda işığın və kölgələrin çalarlarını görmək mümkündür. Çəkilmiş fotoların süni zəka alqoritmləri vasitəsilə redaktə olunması zamanı həmin alqoritmlər artıq hazır olan fotolarda fokuslanma nöqtəsinin yerini dəyişə bilirlər. Belə halda bütün fotolar HDR rejimdə çəkilir. Buna baxayaraq dinamik diapas zon ekspozisiyası 12.4 səviyyəsində qalır. Əldə olunmuş fotoları həmçinin RAW/DNGformatlarında yaddaşda saxlamaq olar və həmçinin smartfonda olan Adobe Photoshop Lightroom tətbiqi vasitəsilə redaktə etmək olar.
Əsas texniki göstəricilərə gəldikdə isə Nokia 9 PureView smartfonu Snapdragon 845 prosessoru, Adreno 630qrafik sürətləndirici, 6 GB RAM, 128 GB daxili yaddaş həcmi (512 GB-a kimi microSD dəstəyi), hər biri 12 MP olmaqla 5 arxa kamera (ümumi 60 MP və f/1.8 diafraqma), 20 MP-lik ön kamera, sürətli enerji yığma özəllikli və Qi standartlı naqilsiz şarj texnologiyalı 3320 mAh enerji tutumlu batareya, USB Type-C girişi, Bluetooth 5.0standartı və NFC modul ilə təchiz olunub. Smartfon Android 9.0 Pie məliyyat sistemi vasitəsilə çalışır. Nokia 9 PureView bu ilin ikinci yarısında təqribi olaraq 620 avro qiymətində satışa çıxacaq.
HMD Global şirkəti özünün Nokia 9 PureView modelindən əlavə olaraq həmçinin MWC 2019 sərgisində 4 ədəd ucuz və büdcəli Nokia modelini də təqdim edib.
Nokia 4.2:
Beləliklə təqdim olunmuş 4 smartfon modelindən birincisi Nokia 4.2-dir. Bu smartfon modelinin əsas özəlliklərindən biri də onun şüşə materialdan hazırlanmış korpus ilə ikili arxa kameraya sahib olmasıdır. Smartfon 19:9 nisbətli və 1520x720 piksel keyfiyyətli 5.71 düym IPS ekran (ekran üzərində çıxıntı hissəli), 8 nüvəli Snapdragon 439 prosessoru, 2/3 GB RAM, 16/32 GB daxili yaddaş həcmi (400 GB-a kimi microSD dəstəkli), 13 MP (f/2.2 diafraqmalı və avtofokuslu) + 2 MP (f/2.2 diafraqmalı və Dual Pixel dəstəkli) ikili arxa kamera, 8 MP-lik (f/2.0 diafraqmalı) ön kamera və 3000 mAh enerji tutumlu batareya ilə təchiz olunub.
Smartfon həmçinin barmaq izi skanı və Face Unlock texnologiyalarına da sahibdir. Nokia 4.2 smartfonuAndroid Pie əməliyyat sistemi vasitəsilə çalışır. Smartfon bu ilin aprel ayında satışa çıxacaq. 2 GB RAM və 16 GB daxili yaddaşa sahib versiya 169$, 3 GB RAM və 32 GB daxili yaddaşa sahib versiya isə 199$ qiymətində satılacaq.
Nokia 3.2:
Nokia 3 modelindən fərqli olaraq onun davamçıxı kimi təqdim edilmiş Nokia 3.2 modeli daha böyük ekran ölçüsünə sahibdir. Belə ki, smartfon 19:9 nisbətli 1520x720 piksel keyfiyyətli 6.26 düym IPS ekrana sahibdir. Sözügedən modelin ekranının yuxarı hissəsində ön kamera üçün nəzərdə tutulmuş kiçik V şəkilli çıxıntı hissə yerləşir. Bundan əlavə olaraq Nokia 3.2 modeli səsli köməkçinin tez bir zamanda aktivləşdirilməsi üçün ayrıca düyməyə də sahibdir.
Nokia 3.2 4 nüvəli Snapdragon 429 prosessoru, 2/3 GB RAM, 16/32 GB daxili yaddaş həcmi (400 GB-a kimi microSD dəstəkli). 13 MP-lik arxa kamera, 5 MP-lik ön kamera və 4000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Bu model də barmaq izi skanı ilə Face Unlock texnologiyalarını dəstəkləyir. Nokia 3.2 modeli Android Pie əməliyyat sistemi vasitəsilə çalışır. Smartfon bu ilin aprel ayında satışa çıxacaq. 2 GB RM və 16 GB daxili yaddaş həcminə sahib versiya 139$ qiymətində, 3 GB RAM və 32 GB daxili yaddaş həcminə sahib versiya isə 169$ qiymətində satılacaq.
Nokia 1 Plus:
Yenilənmiş Nokia 1 Plus smartfon modeli Android Go proqramı çərçivəsində istehsal olunur. Bu isə o deməkdir ki, smartfon Android Pie əməliyyat sisteminin daha sadələşdirilmiş versiyası vasitəsilə çalışır. Nokia 1 Plus modeli 18:9 nisbətli 5.45 düym IPS ekran, 4 nüvəli MediaTek MT6739WW prosessoru, 1 GB RAM, 8/16 GB daxili yaddaş həcmi (microSD dəstəkli), 8 MP-lik arxa kamera, 5 MP-lik ön kamera və 2500 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Nokia 1 Plus da barmaq izi skanı ilə Face Unlock texnologiyasını dəstəkləyir.. Bundan əlavə olaraq dəyişilə bilən Xpress-on panelləri vasitəsilə smartfonun gövdəsinin rəngini dəyişmək mümkündür. Smartfon gələn aydan 99$-a satılacaq.
Nokia 210:
Nokia 210 telefonu standart düyməli sadə telefondur. O, 2.4 düym ekran, MediaTek MT62604 prosessoru, 16 MB daxili yaddaş həcmi, ikili SIM kart girişi, işıqlandırma sistemli 0.3 MP-lik arxa kamera və 1020 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Bu cür batareya sayəsində Nokia 210 telefonu 30 gün ərzində avtonom rejimdə çalışa bilər. Bundan əlavə olaraq Nokia 210 vasitəsilə internetə də daxil olmaq mümkündür. Nokia 210 telefonu mart ayında 35$ qiymətində satışa çıxacaq.
©technote.az