“Juniper Research” analitik şirkətinin keçirdiyi son araşdırmaya əsasən, gözlənilir ki, 2024-cü ilədək elektron pul kisələrinin köməyi ilə edilmiş əməliyyatların həcmi 9 trilyon dollara yaxınlaşacaq.
FED.az biznes portalı “psm7.com” saytına istinadən yazır ki, müxtəlif bank xidmətlərindən istifadə etmək istəməyən əhali üçün mobil telefonda elektron pul kisəsinin mövcudluğu alternativ ödəmə vasitəsi rolunu oynaya bilər.
“Juniper Research”ün araşdırmasına görə, elektron pul kisələrindən istifadə edən əməliyyatların həcmi 2,3 milyard dollardan (2019-cu il) 4 milyard dollaradək (2024-cü il) artacaq.
5 il ərzində elektron pul kisələrinə tələbat - 2 DƏFƏ YÜKSƏLƏCƏK
18:13
6 İyul 2019