“Xiaomi”, “Vivo” və “Oppo” şirkətləri istehsal etdikləri smartfonlar arasında məlumat mübadiləsini asanlaşdırmaq məqsədilə müştərək alyansa daxil olmağa qərar veriblər.
FED.az xarici KİV-ə istinadən xəbər verilir ki, istifaçilərin bir smartfondan digərinə keçidi zamanı məlumatların ötürülməsi üçün internet trafikə və əlavə kənar tətbiqlərə ehtiyac olmayacaq.
Eləcə də bax: Yeni “iPhone” modelinin satışa çıxarılacağı vaxt açıqlandı – TARİX
Şirkətlər digər istehsalçıları da alyansa qoşulmağa dəvət ediblər. Artıq “Realme” şirkəti bele bir niyyətdə olduğunu ifadə edib.