«Google» 2022-ci ildə ən çox verilən sorğuları açıqlayıb.
FED.az xəbər verir ki, bu il «Google»da ən çox axtarılan söz «Wordle» oyunun adı olub.
«Wordle» - məntəq tələb edn oyundur. Burada istifadəçi 5 sözdən ibarət olan ingilisi sözünü 6 cəhddə tapmalıdır. Oyunun populyarlığının pik dövrü bu ilin fevralına təsadüf edib. Sonra «The New York Times» qəzeti bu oyunu alıb.
«Google»da axtarışa görə ikinci ən populyar söz «India vs England» (Hindistan İngiltərəyə qarşı – kreket oyunu barələ) olub. Axtarışa görə 3-cü yeri «Ukraine», 4-cü yeri isə Queen Elizabeth – Britaniyanın yenicə vəfat etmiş kraliçası tutur.
«Google»da 2022-ci ildə ən çox axtarılan şəxslər Conni Dep, Uill Smit, Ember Xerd və Vladimir Putin olub.